Aqrar sahədə güzəştli mikrokreditlər... - FƏRMANDA DƏYİŞİKLİK NƏ BİLDİRİR?
Azərbaycanda aqrar sahəyə güzəştli kreditlər verilməsi ilə bağlı qaydalara dəyişdirilib.
FED.az xəbər verir ki, bundan sonra aqrar sahədə fəaliyyət göstərən iş adamları daha böyük məbləğdə kredit götürə biləcək, eləcə də onun bir hissəsinə dövlət tərəfindən zəmanət veriləcək.
Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə Fərman imzalayıb.
Fərmana əsasən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilib. Dəyişikliyə əsasən, aqrar sektorda fəaliyyət göstərən sahibkarlara kreditlər və güzəştlərlə yanaşı, təminatlar da veriləcək. Bundan başqa, həmin təminatların verilməsində banklar, BOKT-lar və lizinq şirkətləri ilə yanaşı, Agentlik də iştirak edəcək.
Belə ki, qaydalara edilən əlavəyə görə, təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 təqvim günündən artıq gecikdirilmiş hissəsi başa düşülür.
Bu dəyişikliyin edilməsi ilə əlaqədar olaraq, Agentliyin vəsaitlərindən istifadə edilməsi istiqamətləri də artırılıb – bundan sonra Agentliyin vəsaitlərindən təminatın maliyyələşdirilməsi üçün də istifadə ediləcək.
Mühüm dəyişikliklərdən biri mikrokreditlərin məbləğinin artırılması olub. İndiyədək mikrokreditlər 5 min manata qədər olan sayılırdı, indi isə bu məbləğ 3 dəfə artırılaraq 15 min manata qaldırılıb. Mikrokreditlərin verilmə müddəti də 2 ildən 3 ilə artırılıb.
Amma ən maraqlı dəyişiklik, aqrar sahəyə verilən mikrokreditlərin faiz dərəcəsi ilə bağlıdır. İndiyədək bu kreditlər banklara illik 2 faizlə ayrılır, banklar (o cümlədən digər müvəkkəl təşkilatlar) isə bu kreditləri fermerlərə illik 7%-lə verə bilirdilər. İndi isə bu qayda dəyişib – Agentlik müvəkkil təşkilatlara krediti ya 2%-lə, ya da təminatlıdırsa 2,5%-lə verəcək. Öz növbəsində banklar bu krediti fermerlərə və iş adamlarına illik maksimum 7-12%-lə verəcəklər. Kreditin 7%, yoxsa 12%-lə verilməsi ona verilən təminatdan asılıdır. Öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər illik 12%-lə, digər güzəştli kreditlər 7%-lə veriləcək.
Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir. Burada təminatla verilən kreditə aid 3/5 hissə – qaydaya yeni tətbiq edilib. Eləcə də, indiyədək qaydaya görə, vəçaitlər silinərkən KTN-i ilə razılaşdırma kifayət edirdi, indi isə kreditin silinməsi üçün o hökmən Mərkəzi Bankın meyarlarına əsamən ümidsiz kredit sayılmalıdır.
Qalıq məbləğin 1/4 hissəsi Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ayrılır. Burada «ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi» hissəsi qaydalara yeni əlavə edilib.
Qaydalara mikrokreditlər üzrə təminatın verilməsi qaydası da əlavə edilib. Yeniliyə əsasən, Agentlik tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:
qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faizədək hissəsini təşkil etdikdə:
TM = QİK - (QM x 6%), burada:
TM – təminatın məbləği;
QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);
QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);
qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:
TM = QM x 6%, burada:
TM – təminatın məbləği;
QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).
Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 bank günü ərzində Agentlik bu Qaydanın 5-1.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.
Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.
Yeniliyə görə, Agentlik layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Mərkəzi Banka təqdim etməlidir.
Mərkəzi Banka isə tövsiyə edilib ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təminat verilmiş mikrokreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-04-2020, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-04-2020, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45