“Milli səfərbərlik vaxtıdır” - “Borçalı” Cəmiyyəti iş adamlarına müraciət etdi
Koronavirus epidemiyasının yayılması ilə əlaqədar ölkədə karantin rejimi elan olunub.
İmkanlı şəxslər, sahibkarlar karantin dövründə işləməyən, maddi durumu yaxşı olmayan vətəndaşlara yardımlar edir.
Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi “Borçalı” Cəmiyyəti iş adamlarına, imkanlı şəxslərə müraciət edərək karantin günlərində kasıb vətəndaşlara yardım kampaniyasına qoşulmağa çağırıb.
Cebhe.info-ya daxil olan müraciətdə deyilir:
“Koronavirus pandemiyası artıq bəşəriyyət üçün ciddi bəlaya çevrilib. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq dünya gücləri insanların həyatını xilas etmək üşün mücadilə verməkdədirlər. Azərbaycanda, Gürcüstanda vəziyyət nisbətən nəzarət altında görünsə də, mübarizə tədbirlərinin sərtləşdirilməsi problemin ciddiliyindən xəbər verir. Dövlət orqanları və hər bir vətəndaş ciddi mənəvi-psixoloji imtahan mərhələsindədir. İstər Azərbaycanda, istərsə də Gürcüstanda ayrı-ayrı vətəndaşlar, qurumlar yardımlaşma təşəbbüslərinə qoşulmaqda, milli-mənəvi dəyərlərimizə uyğun olaraq mövcud bəlaya qarşı səfərbər olunmaqdadır. Artıq Azərbaycan tərəfdən Gürcüstandakı soydaşlarımıza zəruri ərzaq yardımı edilməsi ilə bağlı addım atılıb. “Borçalı” Cəmiyyətinin ayrı-ayrı üzvləri də bu humanist addımlardan kənarda deyil və imkanları daxilində ehtiyacı olan insanlara yardım etməkdədirlər. Təbii ki, bu yetərli deyil. Pandemiyanın sönmə mərhələsinin müəyyən müddət çəkəcəyini əsas götürərək yardımlaşma, mənəvi, ruhani səfərbərliyi doğru hesab edərək iş adamlarımızı bu kampaniyaya elliklə qoşulmağa dəvət edirik. İmkanlı şəxslərimizi həm Azərbaycanda koronavirusa qarşı mübarizə fonduna, ayrı –ayrı vətəndaşlara, eyni zamanda Gürcüstandakı soydaşlarımıza yardım kampaniyasına qoşulmağa dəvət edirik”.
Təşkilat yardımların daha sistemli və şəffaf formada imkanı məhdud insanlara çatdırılmasını təmin etmək üçün qarşılıqlı informasiya mübadiləsi aparılmasını vacib hesab edib:
“Yardımların Gürcüstanda soydaşlarımıza çatdırılması üçün fəal, etimadlı soydaşlarımızın, ictimai qurumların, rəsmi hakimiyyət orqanları və məscidlərin imkanlarından istifadə etmək mümkündür. “Borçalı” Cəmiyyəti hər kəsi mənəvi səfərbərliyə, yardımlaşmaya, millətimizin, dövlətimizin, elimizin ağır günündə daha səmimi əməkdaşlığa dəvət edir. Azərbaycanda xüsusi fonda vəsait köçürməklə, eyni zamanda hərə öz yaxın çevrəsində ehtiyacı olan insanlara yardım etməklə millətimizə öz mənəvi xidmətini göstərə bilər”.
“Borçalı” Cəmiyyəti Gürcüstandakı soydaşlarımızla bağlı yardımlaşma kampaniyasının əlaqələndirilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2020, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2020, 13:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39