Çoxuşaqlı işsiz ailə başçısına da 190 manat, işsiz subaya da? - Nazirlikdən AÇIQLAMA
Xüsusi karantin rejimi dövründə işsiz və işaxtaranlara 190 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə məlumat vermişdik. Artıq bir çox işsiz vətəndaş bu xidmətdən yararlanıb. Amma bu məbləği alanlara işsiz və subay şəxslər də daxildir, hər iki valideyini işsiz olan çoxuşaqlı ailələr də. Hər ailədə sadəcə bir nəfərə bu müavinətin ödəniləcəyini nəzərə alsaq, demək işsiz və subay şəxslərin və hər iki valideyini işsiz, çoxuşaqlı ailələrin 190 manatla bir aylıq ehtiyaclarını qarşılaması nəzərdə tutulub. Bu da bir nəfərlə, bir neçə nəfərin eyni məbləğlə bir ay dolanmasının nəzərdə tutulması deməkdir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Fazil Talıbov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, birdəfəlik müavinət ailə fərdlərinin sayına görə ödənilmir:
“Nazirlər Kabinetinin 7 aprel tarixli qərarı var. Orada işsiz vətəndaşların birdəfəlik ödəməni almaları üçün qaydalar və normalar müəyyənləşdirilib. Konkret bildirilir ki, dövlətdən sosial ödəniş almayan işsiz vətəndaşlara bu vəsait ödənilir. 190 manat ailə tərkibinə görə ödənilmir, işini və qazancını itirən vətəndaşlara görə ödənilir”.
F. Talıbov əlavə etdi ki, hazırda ölkədə 10-dan çox kateqoriyada olan uşaqlara sosial müavinət ödənilir:
“Buraya sağlamlıq imkanları məhdud 18 yaşadək olan uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, 5-dən çox övladı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət keçən qulluqçuların uşaqları, Çernobil AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan və ya vəfat edən valideyinlərin uşaqları, valideyin himayəsindən məhrum olan uşaqlar və ünvanlı dövlət sosial yardım alan ailələrin 1 yaşadək olan uşaqları daxildir. Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizindən çoxu uşaqlardır. Yəni 330 min ailə üzvündən söhbət gedirsə 165 min uşaq ünvanlı sosial yardımın əhatə dairəsinə düşür”.
Nazirliyin mətbuat katibi bildirdi ki, sadalanan kateqoriyaların heç birinə daxil olmayan və hər iki valideyini işsiz 4 uşaqlı ailələrin fərdlərindən birinə 190 manat birdəfəlik vəsait ödəniləcək.
Yəni belə ailələrin də, subay və işsiz vətəndaşlara verilən eyni məbləğlə - 190 manatla bir ay “dolanması” nəzərdə tutulub.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2020, 17:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-04-2020, 17:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07