Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-rəsmi məşğulluqla mübarizədə "uduzub" - ARAŞDIRMA
Azərbaycanda qeyri-rəsmi məşğulluğun yüksək səviyyədə olduğu artıq heç kim üçün sirr sayılmır. Burada müqaviləli işçi sayını az göstərib əməkhaqqından tutulan ödəmələrdən azad olmaq istəyən sahibkarlardan tutmuş, hansısa evdə dayə işləyib qazancından vergi ödəmək istəməyən adi vətəndaşlara qədər hər kəsin məsuliyyəti var. Daha böyük məsuliyyət isə işçilərin uçotsuz işlədilməsinin qarşısını almalı olan dövlət qurumlarındadır. Bunlar vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətidir.
Son illərdə Dövlət Vergi Xidməti tərəfindən qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində ciddi stimullaşdırıcı və cəza tədbirləri həyata keçirilməkdədir. Yəni bu qurum üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. Hansı ki, digər qurum - Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında bunu söyləmək mümkün deyil.
Qanunvericiliyə əsasən, Xidmət əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödəncişərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilin 8 ayındakı fəaliyyətinə dair (2019-cu il üzrə ƏƏSMN-in hesabatı hələ açıqlanmayıb) açıqlanan məlumatdan aydın olur ki, qurum tərəfindən vətəndaşlardan daxil olmuş 5572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4129 məktub araşdırılaraq cavablandırılıb.
Təəssüflər olsun ki, haqqında bəhs edilən vətəndaşlardan daxil olmuş 5572 şikayətin səbəblər (qanunsuz işdən çıxarma, əmək haqqının azaldılması, yaxud az hesablanması, iş saatından əlavə iş üçün ödənişin verilməməsi və sair səbəblər) üzrə bölgüsü açıqlanmır. Bilmək olmur, işçilərin nə qədəri əmək şəraitindən, nə qədəri əməkhaqqından, hansı hissəsi əməyin mühafizəsindən, hansı hissəsi qanuni ödənişlərini ala bilməməsindən narazılıq edir? Yaxud şikayətlər iqtisadiyyatın hansı sahələrindən daha çoxdur? Xidmətin 2018 və daha əvvəlki illərə dair hesabatlarında da bu bölgüyə rast gəlmək mümkün deyil. Bu qədər vətəndaşın narazılığına səbəb olan işəgötürənlərin adları da açıqlanmır. Halbuki bu addım – işçilərin hüquqlarını pozan sahibkarların adlarının ictimailəşdirilməsi elə bu cür halların qarşısını almaq üçün kifayət qədər effektiv metodlardan biri ola bilər.
Xidmətin məlumatında yalnız o qeyd olunur ki, daxil olan vətəndaş müraciətlərinin bir qismində işəgötürənlər tərəfindən əməkhaqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmət həmin müraciətlərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və ötən ilin səkkiz ayında 92992.26 manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, ötən il ƏƏSMN nəzdində Əməyin Mühafizəsi Fondu da yaradılıb. Nazirlər Kabinetinin bununla bağlı qərarından aydın olur ki, Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, eləcə də müəssisələrin və vətəndaşların könüllü şəkildə ödədikləri vəsaitlərdən və başqa ödəmələrdən formalaşacaq.
Fondun vəsaitindən əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına; əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına; əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə; əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə); əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına; əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə sərf olunacaq.
Qeyd edək ki Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat ƏƏSMN tərəfindən hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunacaq. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına ƏƏSMN və Maliyyə Nazirliyi tərəfindən nəzarət ediləcək.
Nazirlikdən verilən məlumata görə, yeni Fond ölkədə əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin etməklə, işçilərin həyat və sağlamlığının qorunmasına xidmət edəcək: “İş yerlərində əməyin mühafizəsi norma və standartlarının təmin olunmasının istehsalatda əmək məhsuldarlığının artımına da müsbət təsiri nəzərə alındıqda, yeni Fondun iqtisadi əhəmiyyəti də özünü göstərəcək”.
Fondun bu ildən fəaliyyətə başlaması nəzərdə tutulur. Bizə yalnız ümid etmək qalır ki, ƏƏMN nəzdində saysız-hesabsız qurumlara əlavə olunan Fond əməyin mühafizəsi kimi faktiki olaraq nəzarətsiz qalmış bir sahədə ciddi işlər görməyə çalışacaq.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, Azərbaycanda qeyri-rəsmi məşğul insanların sayı çoxdur: “Bunun səbəbləri başqa mövzudur. Dövlət Əmək Müfəttişliyi hazırda sahibkarlıq subyektlərində yoxlama apara bilmir – qanunla qadağan edilib. Amma apara bilsəydi belə, əvvəlki fəaliyyətindən də göründüyü kimi, effektivliyi çox aşağı olardı. Birincisi, elə işəgötürənlər var ki, Xidmət onların sahələrinə heç yaxın belə gedə bilmirdi. İkincisi də, müfəttişlərin sayı o qədər az idi ki, əllərinə qılınc verilsəydi də, bütün işəgötürənlər üzrə effektiv nəzarəti təmin edə bilməzdilər. Avropa üzrə işləyən sayına düşən əmək müfəttişlərinin ən az sayı bizdəydi. Xidmətin fəaliyyətinin effektiv olmamasının daha bir səbəbi olan müfəttişlərin də potensialının yetərincə yüksək səviyyədə olmamasıdır. 2012-ci ildə Dünya Bankı ilə Müfəttişliyin potensialının artırılması istiqamətində bir layihə həyata keçirilmişdi. İnsafən deyim ki, potensial xeyli artırıldı – işçilərə təlm keçildi, avadanlıqlarla təchiz olundu. 2013-cü ildə Səlim Müslümov nazir təyin olunanda o işçilərin əksəriyyəti işdən çıxarıldı, yeniləri götürüldü. Beləliklə, dövlətin də pulu batdı. Yəni hazırda Dövlət Əmək Müfəttişliyinin yoxlama səlahiyyəti yoxdur, olsa da yetərincə işçisi yoxdur, olan işçilərin də potensialı – əmək qanunvericiliyindən məlumatlılıq səviyyəsi imkan vermir ki, effektiv nəzarət mexanizmi yaradılsın”.
Liqa rəhbərinin sözlərinə görə, 2018-ci ildən qüvvəyə minən “Məşğulluq haqqında” yeni qanuna əsasən, Məşğulluq Xidməti də qeyri-rəsmi əmək sektorunda olanları müəyyənləşdirmək istiqamətində iş aparmalıdır: “Lakin düşünürəm ki, bu da problemi həll etməyəcək. Həmçinin hesab edirəm ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması bir nazirliyin bacaracağı iş deyil. Dövlət Vergi Xidməti bu sahədə çox yaxşı işləyir, vergi stimulları ilə insanların muzdlu işə cəlb olunmasına nail olur. Bütün bunlara baxmayaraq, bir sıra sahələrdə qeydiyyatsız işləyənlərin hamısının əmək müqaviləsinə cəlb olunmasına tam nail olmaq demək olar ki, mümkün deyil. Bunlar saysız-hesabsız təmir-tikinti briqadaları, məişət cihazlarının evdə təmirçiləri, nə bilim yanlış olaraq “qul bazarı” adlandırılarn yerlərdə iş üçün dayananlardır və sair. Yalnız bunların hamısını qanuni əmək münasibətlərinə cəlb etdikdən sonra effektiv nəzarətdən danışmaq olar”.
AFN-in İqtisadiyyat şöbəsi
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2020, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-04-2020, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54