reklam
Regionxeberlericom.az » Sosial » "Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm..." - GİLEY

reklam

"Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm..." - GİLEY


“Böyüklər birtəhər yola verir, ancaq 6 yaşında uşağı başa sala bilmirəm ki, çörək almağa pul yoxdu, əl tutan da yoxdur”. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, Binədəki Südçülük Sovxozunda yaşayan Mirəziz Ağayev yataq xəstəsidir. O, 11 nəfərlik ailənin karantin dövründə üzləşdiyi ağır durumdan danışır. Deyir, karantin dövrünədək iki oğlu orda-burda günəmuz fəhləlik edərək ailəni yaxşı-pis dolandırırmış. Ancaq hökumətin “hamı evdə qalsın” tələbindən sonra onlar da işsiz qalıb.

“İki oğlum günəmuzd işləyirdi, hər gün evə 10-15 manat gətirirdi, birtəhər dolanırdıq. Küçəyə çıxırlar, polis deyir, gir evə... Özüm yataq xəstəsi, həyat yoldaşım xəstə, 61 yaş mənimdir, 57 yaş onun... Heç birimizin yaşı pensiyaya düşmür, heç dünyanın düz vaxtı heç yerdə bizə iş olmayıb. Əvvəl yaşımıza baxıb iş verməyiblər, sonra da sağlamlığımıza... Evdə 6, 12 yaşında daha iki övladım var. Onlara görə də bidiyiniz kimi, dövlət uşaqpulu vermir. İki yekə oğlumu soxublar evə ki, karantindi, çıxmayın, cərimələyərik. Bir oğlum da hərbi xidmətdədir”, - Mirəziz Ağayev deyir.

Mirəziz Ağayev karantin dövründə birdəfəlik yardım kimi 190 manat üçün aidiyyəti quruma elektron müraciət edib, ancaq hələ də cavab almayıb: “Deyirlər, ailədən bir nəfər müraciət edə bilər, ikincisinə o pul ayrılmır. Mənim ailəm dediyim kimi, 11 nəfərdən ibarətdir. Hələ almadığım o 190 manatı sağdan sola, soldan sağa bölüşdürürəm, baxıram ki, çörəkdən başqa heç nəyə çatmır. Üstəlik də, hələ ətrafımda bircə nəfər də o pulu almayıb, mənim kimi gözləməkdədir. Veriləcək, verilməyəcək, bilmirik. Həyətdə parnik vardı, hissə-hissə sökdük, əvvəl örtüyünü satdıq, sonra da dəmir konstruktorlarını... Hökumət bizi evə soxandan elə həyətdəki dəmir-dümürü satıb dolanmışıq. Bir sözlə, karantin gəldi, parnik əldən getdi. Daha həyətdə də satmağa heç nə qalmayıb”.

Mirəziz Ağayev deyir, vaxtilə ona verilmiş və əkin işləriylə məşğul olduğu torpaq sahəsi əlindən alınmasaydı, bəlkə də böyük bir ailə indi bu əziyyətləri çəkməzdi: “Vaxtilə mənə çoxuşaqlı ailə başçısı kimi əkin işləri üçün torpaq sahəsi ayrılmışdı. Əkin işləri görüb, məhsulu satıb, dolanışığımızı təmin edirdim. Bir vəzifəli, pullu oğlan çıxdı ortalığa, icra hakimiyyəti ilə razılaşdı, bütün torpaqları əlimizdən alıb verdilər ona... Neçə-neçə ailənin mənim kimi əli torpaqdan kəsildi, insanlar aclığa məhkum oldu. Yoxsa indi durumumuz lap belə də pis olmazdı, heç olmasa evimizdə unumuz, qəndimiz olardı“.


Paylaş:


Müəllif : Tarix:
21-04-2020, 09:14
Sikayət   


loading...
Загрузка...