reklam
Regionxeberlericom.az » Sosial » Bir sənədin "gərəksizliyi" minlərlə ailəni evsiz qoya bilər: - yenə kredit məsələsi...

reklam

Bir sənədin "gərəksizliyi" minlərlə ailəni evsiz qoya bilər: - yenə kredit məsələsi...


Ölkədə koronavirus təhlükəsi ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi daha çox daxili kreditlə mənzil sahibi olanları narahat edir. Çünki əksər tikinti şirkətləri daxili kreditlə mənzil satışı edən zaman vətəndaşlardan rəsmi iş yeri tələb etmir.

Rəsmi iş yerinin tələb edilməməsi isə kreditin vaxtında ödənilməsi şərti deməkdir.

Hazırkı vəziyyətdə daxili kreditlə mənzil almış vətəndaşlara hansı güzəştlər edilməlidir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kreditlərlə bağlı məsələ fors-major vəziyyətdir, müharibə, təbii fəlakət olmasa da ona bərabər qiymətləndirilməlidir.

Çünki belə vəziyyətdə bütün istehlakçıların müqavilə öhdəliklərini qismən və ya tam yerinə yetirməməkləri normaldır. Onun fikrincə, belə vəziyyətdə cərimələrin tətbiq olunması qanunsuzdur.

"Kreditlə hər-hansı əmlakın alınması, əşyanın alınması, hətta ümumiyyətlə kredit formasında müəyyən vəsaitlərin əldə edilməsi o deməkdir ki, həmin şəxslər yoxsul təbəqəyə aiddirlər. Pulu olsa, gedib nağd alar, pulu yoxdur deyə kreditlə alır. Ümumi olaraq bu kimi hazırda yaranan böhran vəziyyəti fors-major olaraq qiymətləndirilməli və hamıya eyni şəkildə güzəşt tətbiq olunmalıdır", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, dövlətin də dəstəyi olmalı və vəziyyət həm banklar, həm də digər təşkilatlar tərəfindən nəzərə alınmalıdır.

"Nə qədər ki, xüsusi karantin rejimi var, bu dövrdə həmin öhdəliklər geriyə çəkilməlidir. Hansı tarixdən karantin elan olunubsa, bitənə qədər şirkətlər vətəndaşlara möhlət verməlidir. Düşünürəm, bu, daha normal və ədalətli olar", - deyə E. Azadov əlavə edib.

Ekspert vurğulayıb ki, tikinti şirkətləri də işləri vaxtında icra etməyə bilər. Bu, normal qarşılanmalıdır: "Qərara əsasən, tikinti şirkətləri fəaliyyətini davam etdirməlidir. Amma xaricdən gətirilən inşaat malları var və bu da gecikmələrə səbəb ola bilər. Təbii ki, bunlar hamısı qarşılıqlı şəkildə nəzərə alınmalıdır".

E.Azadov hazırda bütün dünyanın koronavirusla bağlı yaranmış vəziyyətdən əziyyət çəkdiyini qeyd edib.

Digər əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, hal-hazırda dünyada hökm sürən koronavirus təhlükəsi ölkəmizdə də ciddi problemlər yaradıb. Belə ki, vəziyyətin iqtisadi zərərləri olmaqla yanaşı, daşınmaz əmlak bazarını çökdürüb.

"Demək olar ki, fəaliyyət göstərən əksər ticarət obyektləri bu gün öz fəaliyyətini dondurub. Böyük mollar, ticarət mərkəzləri, restoran və şadlıq evləri ilə bərabər, həmçinin kiçik həcmli obyektlər də işləmir. Əksər iş və gəlir yerlərinin sıfırlanması vətəndaşlarla banklar arasında çox ciddi problemlərə yol aça bilər", - deyən Fərzəliyev vurğulayıb ki, bu gün yüzlərlə əmlak banklarda girovdadır.

Bu vəziyyət bir qədər də davam etsə, ipoteka və digər kreditlərlə mənzillər əldə etmiş vətəndaşların ödəmələrində çox ciddi problemlər yarana bilər:

"Xüsusilə daxili kreditlə əmlak alan şəxslər daha acınacaqlı vəziyyətdədir. Çünki əksər şirkətlərdə daxili kredit zamanı vətəndaşdan rəsmi iş yeri tələb edilmir. Bu da o deməkdir ki, rəsmi iş yeri yoxdursa, vətəndaş haradan olursa-olsun krediti ödəməlidir. Kreditlərin ödənilməməsi banklara da zərər verəcək. Və bu vəziyyətdə yüzlərlə insan kreditlə əldə etdiyi mənzilindən məhrum ola bilər. Məlumdur ki, mənzil kreditlərinin aylığı bir neçə ay ödənilmədikdə həmin mənzillər problemli kreditlərə çevrilərək yenidən satışa çıxarılır. Əgər bu gün vətəndaşlar dövlətin qanunlarına əməl edərək iş fəaliyyətlərini dondurublarsa, qarşılıq olaraq yeni qərarlar qəbul edilməli və bank kreditləri iqtisadi vəziyyət düzələnə qədər dondurulmalıdır".
Onun sözlərinə görə, bu gün minlərlə insan kirayə yaşayır. Rayon qeydiyyatında olan vətəndaşların rayonlara geri dönməsi səbəbindən çox sayda kirayə mənzillər artıq boşalıb.

"Yaranmış problem hər bir vətəndaşa ciddi zərər vurmaqdadır. Bu proses uzun müddət davam edərsə, kirayə pulunu ödəyə bilməyən sakinlər həmin evlərdən çıxarılaraq evsiz qalma təhlükəsi ilə üz-üzə qala bilərlər. Bu baxımdan düşünürəm ki, təcili olaraq bank kreditlərinin dondurulması məsələsinə və kirayədə yaşayan vətəndaşlara maddi yardımlar göstərilməsi məsələsinə baxılmalıdır",- deyə o bildirib.


Paylaş:


Müəllif : Tarix:
23-04-2020, 09:28
Sikayət   


loading...
Загрузка...