reklam
Regionxeberlericom.az » Sosial » Deputat varlıların xəsisliyinə ETİRAZ ETDİ: - “Kimin kim olduğunu gördük!”

reklam

Deputat varlıların xəsisliyinə ETİRAZ ETDİ: - “Kimin kim olduğunu gördük!”


Koronavirus pandemiyası bütün dünya üçün təhlükəli vəziyyət yaradıb. İnsanların sağlamlığı ilə yanaşı, iqtisadi vəziyyət də əsas müzakirə mövzusuna çevrilib.
Azərbaycanda COVID-19 pandemiyasına qarşı müxtəlif tədbirlər görülməkdədir.

Prezident İlham Əliyevin çağırışı ilə koronavirusla mübarizəyə dəstək fonduna inaələr edilir. Bu təşəbbüsə ölkə həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda fövqəladə həmrəylik nümayiş olundu.

Rusiyanın Azərbaycan doğumlu nüfuzlu iş adamı, yəhudi əsilli Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda 2 000 000 manat vəsait köçürüb.

Diqqət çəkən məqamlardan biri milliyətcə azərbaycanlı olan bəzi iş adamlarının bu çətin məqamda gözə dəyməmələridir.

Halbuki, həmin azərbaycanlı iş adamları Qod Nisanov nümunəsi sərgiləyə bilərdilər. Sadəcə bunu etmədilər.

Belə bir vəziyyətdə xaricdə biznes quran həmvətənlərimiz yaxasını kənara çəkməlidir, yoxsa, xalqına dəstək nümayiş etdirməlidir?

Movzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin üzvü Vahid Əhmədov deyir ki, onların hər biri Azərbaycan vətəndaşının yanında olmalıdır:

“Bu vətənin çörəyini yeyiblər”

“Bizim xaricdə imkanlı biznesmenlərimiz çoxdur. O gün birinin açıqlamasını oxuyuram. Deyir ki, “maaş verməyə pul tapmıram”. Bilirsiz, insanlar müxtəlif cürdür.
Dövlət başçısı sahibkarlara müraciət edəndə təkcə ölkə daxilindəkilərə müraciət etmir ki! İmkan daxilində xaricdə yaşayan həmvətənlərimiz Azərbaycana kömək etməlidir. Çünki onların hamısı bu vətənin övladlarıdır. Bu vətənin çörəyini yeyiblər, oxuyub təhsil alıblar. Hər bir millətin övladı kimi həmin o soydaşlarımız da Azərbaycan vətəndaşının yanında olmalıdır. Yaxalarını kənara çəkməməlidirlər”.

Əyri, yoxsa, düz yolla?!...

Vahid Əhmədov maliyyə amnistisiyasının vacibliyini bir daha qeyd edib:

“Həmişə olduğu kimi, indi də deyirəm. Maliyyə amnsitisiyasının verilməsi çox vacibdir. Gəlin, onu həyata keçirə. Bunu edə bilsək, nə qədər vəsait ölkəmizə axar. Onsuz da çox vaxt hansısa yollarla toplanan həmin vəsaitlərin o insanların özlərinə qismət olmadığına da şahidilik edirik. Həmin vəsaitlərin üzərində müəyyən qədər həbslər gedir. Ancaq Azərbaycana gətir, yol, su çək, fabrik, zavod aç ki, əhali də yararlana bilsin. Bu cür işlər həmin biznesmenlərə ancaq başucalığı gətirə bilər.
Bu insanların kifayət qədər imkanları var. Söhbət o deyil ki, onlar bu vəsaitləri əyri, ya da, düz yolla qazanıblar. Əsas odur, o vəsaitləri Azərbaycana gətirmək, yatırtmaq lazımdır ki, insanların həyat şəraiti, vəziyyəti yaxşılaşsın. Biz bunu çoxdan xahiş edirik. Hazırda elə məqam yaranıb ki, bu da ölkəmiz üçün çox vacibdir. Koronavirus pandemiyası bir tərəfdən, neftin qiymətinin düşməsi digər tərəfdən... Dünyada tamamilə yeni düzən yaranır”.

“Xaricdə oturub yekə-yekə danışmağa dəyməz”

Parlamentari indi insanların özünü tanıtması üçün yaxşı məqam yarandığını bildirib:

“Kimsə hakimiyyətdən narazı ola bilər. Ancaq belə vəziyyətdə millətin yanında olmaq lazımdır. Belə günlərdə üzə çıxmaq önəmlidir. Yoxsa xaricdə oturub yekə-yekə danışmaqla olmaz. Məhz belə vaxtlarda kimin millətini, dövlətini sevdiyini, kimin sevmədiyini görə bilirik!”.

"Qod Nisanov xeyirdə də, şərdə də..."

Vahid Əhmədov Qod Nisanovun əliaçıq olduğunu da vurğulayıb:

“Qod Nisanov mənə yaxın adamdı, dostumdur. Həm də çox səxavətli insandır. Belə məsələlərdə hər zaman öz dəstəyini göstərir. Xeyirdə, şərdə dəstəyini əsirgəməyən insandır. Qod Nisanovun dövlət başçımızla münasibətləri də yüksək səviyyədədir”.


Paylaş:


Müəllif : Tarix:
23-04-2020, 13:49
Sikayət   


loading...
Загрузка...