reklam
Regionxeberlericom.az » Sosial » DSMF koronavirusu bayram sayır? - 1-ci dərəcəli əlilə yardımdan imtina edilir

reklam

DSMF koronavirusu bayram sayır? - 1-ci dərəcəli əlilə yardımdan imtina edilir


"Koronavirus epidemiyasının evdə qalmağa məcbur etdiyi şəxslərdən fərqli olaraq əlillər, özəlliklə 1-ci dərəcəli əlillər daim evə - yatağa məhkum olunublar. Bu şəxslərin nəinki koronavirus epidemiyası dövründə, hər çağ diqqət və qayğıya ehtiyacı var və dövlət bu ehtiyacı qarşılamağa ƏƏSMN və yanındakı Dövlət Sosial Müdafiə Fondunu (DSMF) görəvləndirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra bildirilir: "Əlillərə mənzil -məişət problemlərinin çözülməsində , müalicə olunmaqda və s. sosial qulluq amacı ilə maddi yardım göstərilməsi də DSMF-in üzərinə düşür. Lakin və nə yazıq, hətta koronavirus epidemiyası rejimi də əlilləri DSMF-in sosial xidmətlər sektorunun “yadına salmayıb”. Daha doğrusu, mənzil təminatına korrupsiya, xaricdə müalicəyə “nazirliyin heç bir ölkə ilə müqavilə bağlamaması” əngəl törədirsə, maddi yardım ayrılmasında da yardıma sosial məmurların “yeyəndə ortaq çqardaş” çxması, ayrı-seçkilik , qərəzi mane olur . Ayrı-seçkilik, qərəz o həddə çatıb ki, hətta koronavirus “bayram” sayılır! ?

Düzdür, dədə -babalarımız elliklə gələn bəlanı toy-bayram sayıb, amma DSMF-in koronavirus bəlasını hansı əsasla 3 əlili olan 1-ci dərəcəli Qarabağ əlili ailəsinə bayram kimi sırıması anlaşılan deyil. Maddi durumunun ağırlığı nədəni ilə ölkənin 1-ci şəxslərinə, Heydər Əliyev fonduna, ƏƏSM nazirinə maddi yardımla bağlı üz tutan Qarabağ əlilinin müraciətləri son 6 ayda DSMF-ə göndərilir, oradan isə yardım əvəzinə elə cavablar verilir ki, bilmirsən, ağlayasan, yoxsa güləsən. Deyəsən, elə bir gözünlə gərək ağlayasan, o biri ilə güləsən. Fikir verin, 1-ci dərəcəli əlilin “ƏƏSMN -ə daxil olan, aidiyyatı üzrə DSMF-də “baxılan” müraciətinə 22 aprel 2020 tarixli elektron cavabla DSMF-in direktor müavini Əminə Seyidzadə bildirib ki, BAYRAM VƏ ƏLAMƏTDAR GÜNLƏR MÜNASİBƏTİ İLƏ SOSİAL MÜDAFİƏYƏ XÜSUSİ EHTİYACI OLAN ƏLİLLƏRƏ MADDİ YARDIMLARIN VERİLMƏSİ NÖVBƏLİLİK QAYDASINDA HƏYATA KEÇİRİLİR. Sosial müdafiəyə daha çox ehtiyacı olan əlil kimi Sizin və həyat yoldaşınızın BAYRAM TƏDBİRLƏRİNDƏ İŞTİRAKINIZIN TƏMİN EDİLMƏSİ MƏSƏLƏSİNƏ BAXILMASI ÜÇÜN NAZİRLİK YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN RAYON (ŞƏHƏR ) ŞÖBƏSİNƏ MÜRACİƏT ETMƏYİNİZ TÖVSİYƏ OLUNUR “.

“Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun tələbinin pozulmasını bir qırağa qoyaq, əlillər “koronavirus bayramı tədbirləri”nə online qoşulub evdə “bayramlaşmalıdırlar” , yoxsa hökumətdən 8103 nömrəsinə SMS göndərmək yolu ilə icazə almalıdırlar ? Görəsən, halva da verilir DSMF-in rayon (şəhər) şöbələrinin bayram tədbirlərində və “havanın SMS nömrəsi” neçədir ? Buna deyərlər, maddi yardım ayrılmasından imtinanın “ əlamətdar “halva” bayramı günləri “ nömrəsi-bəhanəsi. “Halva -halva” deməklə isə sosial , maddi yardım təminatı gerçəkləşmir. “Qarabağ bizimdir” deməklə, terrorçuların Qarabağdan çıxmasının gerçəkləşmədiyi kimi".


Paylaş:


Müəllif : Tarix:
24-04-2020, 17:41
Sikayət   


loading...
Загрузка...