190 manatın yaratdığı 190 sual – Nazirlik süni əngəllər yaradır
Koronavirus pandemiyası ilə bağlı elan olunan karantin dövründə əhalinin sosial müdafiəsi ilə bağlı Respublika Prezidentinin göstərişləri ilə hökümət çox qısa zamanda müvafiq tədbirlər planı hazırladı. Proqramın hazırlanması çox qısa zaman alsa da, onun icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən çox ləng, bəzən də laqeydcəsinə həyata keçirilir. Götürək elə işləməyən vətəndaşlara iki ay üçün 380 manat birdəfəlik ödəmənin verilməsi məsələsini. Nazirliyin bəlkə də ən böyük yanlışlığı 1 aprel 2020-ci il qədər nə qədər işsizin olması barədə məlumatsızlığıdır.
Bu yanlışlığı vaxtında görən ölkə başçısı işsizlər üçün birdəfəlik ödəmə üçün büdcədən ayrılan vəsaiti 3 dəfə artırdı. Amma Nazirlik səlahiyyətliləri yenə də rellıqlarla ayaqlaşmadı və yaxud ayaqlaşmaq istəmədi. Nəticədə əhali arasında haqlı narazılıq dalğaları yarandı. Narazılığın səbəbi isə çox sadədir.
Dövlət başçısının vətəndaşa birbaşa qayğısına süni əngəllər yaradılır. Məsələn, bu gün nazirliyin yerli məşğulluq idarələri rəsmi qaydada heç bir vətəndaşı qəbul etmir. Bütün idarələrin qarşısında polis qoyulub. Vətəndaş ancaq sözünü polisə deyə bilir. Hörmətli polis işçilərinin də bir cavabı var:
Gedin elektron qaydada müraciət edin”. Vətəndaş da gəlir evə, bir təhər internetlə Nazirliyə işzis olması ilə bağlı müraciət edir. (Bir təhər ona görə deyirəm ki, internet hər kasıbın evində yoxdur, varsa da, çox aşağı sürətdədir). Yazıq kasıb da evdə oturub gözünü dikir telefona. Nəhayət bir həftədən sonra mesaj gəlir. Filan səbəbə görə sizin işsiz kimi qeydiyyata alınmağınızdan imtina edilmişdir. Digər səbəbləri bir kənara qoyub əhalini ən çox narazı salan bir cavab üzərində dayanmaq istəyirəm.
”Vətəndaş filənkəs, Siz vergi ödəyicisi olduğunuza görə, işsiz kimi qeydiyyata alınmadınız”. Bununla da Nazirlik vətəndaşlar qarşısında öz işini bitmiş hesab edir. Belə halda isə narazı vətəndaşın xüsusi rejim olduğu üçün nə Nazirliyə, nə də yerli qurumlara əli çatmır. Əli çatana da deyirlər ki, bizlik nə var ki, elektron sistem belə göstərir. Amma Nazirliyin səlahiyyyətlilərinə xatırlatmaq istəyirəm ki, hər bir aktiv vergi ödəyicisi eyni zamanda sosial müdafiə fonduna da aylıq ödəniş etməlidir. Əgər bir ay müddətində bu ödəniş edilmirsə, qanunvericiliyə uyğun olaraq vətəndaşa aylıq cərimə hesablanır.
Nazirliyin sözçüsü hörmətli Fazil Talıblı isə deyir ki, işsiz kimi müraciət edənlərin 160 mini aktiv vergi ödəyicisidir. Fazil müəllimə xatırladım ki, 3 il ,5 il bundan qabaq VEÖN açan və qısa müddət sonra bunu donduran vətəndaş artıq passiv vergi ödəyicisidir. Əgər 160 min adam doğrudanda aktiv vergi ödəyicisidirsə, onda Nazirliyin çox minli əməkdaşları hara baxır. Əgər 160 min adam aktiv vergi ödəyicisidirsə, onda bu adamlar sosial müdafiə fonduna vəsait ödəmədiklərinə görə niyə cərimələnmirlər? Deməli, Nazirlik əhalinin sosial müdafiəsində o qədər də maraqlı deyil. Və belə hallar indiki həssas dönəmdə ölkə başçısının yürütdüyü siyasətlə qətiyyən uzlaşmır. Fazil müəllim deyir ki, 49 evi olan da işsiz kimi müavinət istəyir.
Mən belə müraciətlərin olmasını istisna etmirəm. Və bu yerdə məşhur atalar sözü yada düşür: İstəyənin bir üzü, verməyənin iki üzü qara olar. İnanmıram ki, müraciət edənlərin arasında belələri çox olsun. Bu fikrə ciddi yanaşanda isə yenə də Nazirlik qınaq obyekti olur. Niyə? Ona görə ki, əgər bir adam doğrudanda 49 evi var və nə onun özünün, nə də ailə üzvləri işləmirsə və onların leqal gəlirlərini müəyyən etmək mümkün deyilsə, onda qanunla ona müavinət düşür. Və bu qeyd-şərtsiz verilməlidir.
Yox, həmin adam 49 evin 40-ı icarəyə verib ayda külli miqdarda pul qazanırsa, bəs onda Vergilər Nazirliyi və ƏƏSMN hara baxır? Niyə belə adamlar qanunla cəzalandırılmır? Deməli, ƏƏSMN iş görmək əvəzinə boş yerdən sosial narazılıq yaradır. Əslində isə süni şəkildə yaradılmış bu problemin çox sadə iki həll yolu var. Birincisi, müraciət edən vətəndaş passiv vergi ödəyicisidirsə, bu halda ona 380 manat ana südü kimi halaldır.
Əgər buna süni əngəllər törədilirsə, onda bu, Prezidentlə vətəndaş arasında narazılıq yaratmaqdan başqa bir şey deyildir. İkinci hal ondan ibarətdir ki, müraciət edən vətəndaş doğrudan da vergi ödəyicisidirsə, onda bu vətəndaş İqtisadiyyat Nazirliyinə yönləndirilməlidir. İqtisadiyyat Nazirliyi də özünün kiçik və yaxud orta sahibkarına Prezidentin göstərişinə əsasən arxa durmalıdır. Nəticədə vətəndaş çətin vəziyyətində dövlətinin qayğısını öz üzərində hiss etməlidir!!!
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2020, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-04-2020, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45