"190 manatı ala bilmədik, imtina gəldi..." - GİLEY
“Evin kirayəsinin vaxtı keçib, ev sahibi kirayəni tələb edir. 190 manatı ala bilmədik, imtina gəldi, çünki əlilliyə görə pensiya alıram. Ünvanlı sosial yardımı da kəsiblər”. DİA.AZ bildirir ki, Xırdalan sakini Zaur Ələşrəfov belə deyir.
Ələşrəfovlar ailəsi Xırdalanda köhnə, bir həyətdə balaca bir daxmada kirayədə yaşayır. Həyətdə kirayədə qalan başqa qonşular da var. Ancaq deyəsən ən şəraitsiz, yöndəmsiz otaq elə bu əlil ailənin bəxtinə düşüb. Yarıqaranlıq, sərbəst hərəkət üçün narahat bu otaqda 3 nəfər yaşayır – 3-cü qrup əlilliyi olan Zaur, 1-ci qrup əlilliyi olan evin xanımı və 3 yaşında qız övladları... Ailə karantin günlərində xüsusilə çətin durumda qalıb.
Zaur Ələşrəfov danışır: “Gördüyünüz kimi, 4-5 kvadratlıq sahəsi olan şəraitsiz otaqda yaşayırıq. Nəmişlikdir, şəraitsizdir. Bu otağa görə 150 manat kirayəpulu veririk. Dolanışığımız çətindir. Pensiyadan başqa gəlirimiz yoxdur. Karantinə qədər orda-burda fəhləlik edib gündəlik dərman, çörək pulunu birtəhər qazanırdım. Pensiya ilə də kirayəni ödəyirdik. İndi karantinə görə o da yoxdur. Ünvanlı sosial yardım alırdıq, martın sonunda onun da vaxtı bitdi, kəsdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurub xahiş etdim ki, heç olmasa indiki durumda yardımı kəsməsinlər. Dedim, karantindir, iş yoxdur, kirayədə qalırıq, əlil ailəsiyik, evdə xəstə uşaq var. Heç bir cavab ala bilmədim. Bax, qalmışıq belə... Uşağa yemək də ala bilmirik. 190 manata görə qeydiyyatdan keçmişik, əlil pensiyası aldığımıza görə onu da vermirlər”.
Zaur Ələşrəfov masanın üstünə ağzınacan dolu dərman torbaları yığır, deyir, onsuz da çətinə düşdükləri belə durumlarda bir az da səhiyyə işçiləri lazımsız və bahalı dərman reseptləri yazmaqla “canlarını alır”. Zaur Ələşrəfov sözünə davam edir: “Həkimə gedirik, pul istəyir. Deyirsən, dövlətin poliklinikasında işləyirsən, deyir “dövlət mənə 150 manat maaş verir”. Bu yaxınlarda bir həkim 300 manatlıq dərman yazdı, ordan-burdan borca girib reseptdəki dərmanları birtəhər aldım. Eyni poliklinikanın digər həkimi reseptə baxıb atdı kənara, dedi, bur dərmanlar sənə görə deyil, qəbul edərsən, zərər çəkərsən. Özü başqa bir resept yazdı. Baxın bu dərmanlara, hərəsi bir tirba dərman aldırıb...”
Sonra pəncərənin çərçivəsinə vurulmuş mismardan asılan torbanı, daha sonra şkafın arxasındakı torbanı gətirir: “Bu uşağın dərmanlarıdır, bu da Hüsniyyənin (həyat yoldaşıdır). Baxın, biz dərmanla qidalanırıq, hamısı da baha-baha... Üstəlik də, dediyim kimi, 150 manat ev kirayəsi... Daha ərzaqdan, yeməkdən danışmıram. Xəstə adamlar çox vaxt bütün sutkanı yalnız yavan çörəklə qidalanır. Uşağın ciddi xəstəliyi olmasa da, çox zəifdir. Mən karantinə qədər günəmuzd iş tapıb işləyəndə, uşaq Hüsniyyənin ümidinə qalır, o isə dediyim kimi, serebral iflicdən əziyyət çəkir, özünə baxan lazımdır, uşağa baxa bilmir deyə, uşağı hələ də pampersdə saxlayırıq. Ana-ata əlildir, əslində bizim ailə üçün sosial işçi ayrılmalıdır, ancaq kimə deyəsən, Azərbaycandır da... Heç kim heç kimin kitabını oxumur bu ölkədə...”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2020, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2020, 13:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34