Onlar Azərbaycanda maşının qiymətinin yarısından çox cərimələnir - SƏBƏB
Koronavirusun yaratdığı problemlərdən biri də gömrük sahəsində oldu. Çünki öz maşını ilə Azərbaycana gələn, həmçinin Azərbaycandan xaricə gedən vətəndaşlar geri qayıda bilmirlər. Bu insanların külli miqdarda cərimələnməsi barədə məlumatlar dolaşır. Görəsən, bu cərimələr yazılarkən dövlət sərhədlərinin pandemiya səbəbilə bağlı olduğu nəzərə alınmaldıırmı?
Hüquqşünas Ərşad hüseynov Lent.az -a bildirib ki, xarici ölkələrdə bu məsələyə daha operativ diqqət göstərilib:
“Karantin dövründə xarici dövlət nömrə nişanlı maşınların Azərbaycanda sürülməsinə qarşı Dövlət Gömrük Komitəsinin (DGK) yanaşması uğurlu deyil. Çünki digər ölkələrdə də yükdaşımalardan əlavə bütün işlər üçün dövlət sərhədləri bağlandı. Ancaq həmin ölkələrdə bu məsələyə operativ diqqət göstərildi. Gərək Azərbaycanda da DGK bu məsələni nəzərə alardı. Həmçinin öz maşını ilə xarici ölkələrə gedən az sayda Azərbaycan vətəndaşları da var, onların qayıtmasına hazırda icazə verilmir.
Azərbaycanın gömrük qanununa görə, DGK tərəfindən qoyulan müddətdə Azərbaycanda olan xarici vətəndaş və xaricdə olan həmyerlimiz geri qayıtmalıdır. Əks halda həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinə əsasən, çox böyük məbləğdə cərimə olunurlar. Bu cərimədən xilas olamq üçün ya avtomobili DGK-nın təyin etdiyi duracaqda saxlamalısan, ya da maşından istifadə edərək, cərimə olunmalısan”.
Hüquqşünas təkliflə çıxış edərək, hazırkı durumda İnzibati Xətalar Məcəlləsindəki həmin maddənin tətbiqini dayandırmağı tövsiyə edib:
“Təklif edirəm ki, DGK dövlət sərhədlərinin bağlandığı və belə məhdudlaşdırmalar verilən dövrdə İXM-nin həmin maddəsinin tətbiqi dayandırılsın. Bundan əlavə, həm Azərbaycanda olan xarici vətəndaşların, həm də xaricdə olan Azərbaycan vətəndaşlarının geri qayıtma müddəti avtomatik olaraq uzadılsın. Bu ikisindən birini mütləq etmək lazım idi. Əslində ikisini də etmək olardı. Hazırda DGK həmin şəxslərdən avtomobillərini gündəlik 1.5 manat olan duracaqlarda saxlamağı tələb edib. Sonradan bu tələb yumşaldıldıi, maşınların sürülməmək şərtilə həyətdə saxlanılmasına icazə verildi".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsində, gömrk orqanları tərəfindən müəyyən olunmuş müddətləri pozan şəxslər pozulma müddətindən asılı olaraq, fiziki şəxslər 150, vəifəli şəxslər 300, hüquqi şəxslər isə 600 manat məbləğində cərimələnirlər. Ən ağır hallarda isə məsələn, göstərilən müddət 1 ildən artıq pozularsa, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələrinin dəyərinin 50 faizindən 70 faizinədək cərimə tətbiq olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2020, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2020, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Bu gün, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Bu gün, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03