Kredit borcu olanların nəzərinə: - Maliyyə çətinliyiniz olsa, bu hüququnuzdan istifadə edin
Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.
Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.
Mərkəzi Bankın qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, istehlak kreditləri üzrə sentyabr ayının 30-dək gecikmiş əsas borc və yaxud faiz ödənişləri ilə bağlı cərimə və dəbbə pulu hesablanmayacaq: "Mart-sentyabr ayları ərzində gecikmiş borclarla bağlı banklar tərəfindən məhkəmələrə müraciətlər edilməyəcək. Bu qərar tövsiyə xarakteri daşıyır, çünki Mərkəzi Bank özəl banklara göstəriş verə bilməz".
O bildirib ki, amma ipoteka kreditləri ilə bağlı bir az daha yaxşı imkanlar yaradılır: "İpoteka kreditləri ilə bağlı restrukturizasiya qərarı var. Burada da sentyabr ayınadək ödənişlərin gecikdirilməsinə görə cərimə və dəbbə pulu hesablanmayacaq. Bundan başqa, banklara müəyyən qədər üstünlük verilir ki, verilmiş kreditin ən azından yarısının dövlət tərəfindən sığortalanması nəzərdə tutulur. Çox güman ki, Mərkəzi Bank banklarla icra mexanizmləri ilə bağlı yaxın günlərdə ortaq məxrəcə gəlib qərar verilməlidir. Bu qərarlar faizlərin aşağı salınması, müddətin uzadılması və digər formalarda ola bilər. Yeni müqavilələrin bağlanması və şərtlərlə bağlı dəyişikliklər üçün təxminən 1 milyard manata yaxın vəsait nəzərdə tutulub".
Natiq Cəfərli qeyd edib ki, Mərkəzi Bankın qərarı lombard kreditlərinə aid deyil. Çünki lombard kreditləri Mərkəzi Bank tərəfindən tənzimlənmir. “Amma ən azı 3 aylıq bütün növ kreditlərə faizlərin hesablanmaması ilə bağlı qərar verilə bilərdi. Sonra isə vəziyyətə baxıb yeni bir qərar almaq olardı. Banklar bu gün itirdiklərini gələcəkdə kompensasiya edə bilərlər", - deyə ekspert əlavə edib.
Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib ki, dövlət başçısının tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərdən biri artıq qeyd olunduğu kimi, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında bu il sentyabrın 30-dək restrukturizasiya olunması, yəni güzəştlərin tətbiqidir.
Tədbirlər paketi maliyyə bazarlarında digər sektorları da əhatə edir. “Güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Hazırda fəaliyyət göstərən 30-dan artıq bankın yalnız 2-də dövlətin payı var. Digər bütün banklar özəldir. Ona görə də Mərkəzi Bank güzəştlərlə bağlı özəl banklara tövsiyə edə bilər. Qanunvericilik bunu tələb edir. Amma güman edirəm ki, kommersiya bankları Mərkəzi Bankın tövsiyəsini nəzərə alacaq. Əvvəlki praktikada da Mərkəzi Bankın tövsiyəsi hər zaman nəzərə alınıb", - deyə Bayramov əlavə edib.
İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 6-1-ci hissəsi ilə tənzimlənir. Fondun qaydalarına əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər.
Məlum olduğu kimi, Fond tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və hazırda bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb. Nəticədə, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilib.
Hazırda koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə iş yerlərinin və fiziki şəxslərin gəlirlərinin qorunması təmin olunur.
Qeyd etmək lazımdır ki, hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklər vaxtında həyata keçirilir və ödənişlərdə əvvəlki dövrlərdən fərqli tendensiya müşahidə edilmir.
Bütün bunları nəzərə alaraq, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulmuş əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər.
Onu da qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2020, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2020, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09