Həkim TƏBİB-dən narazıdır: - “Evdə oturmalı deyilik”
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aprelin 27-dən məhdudiyyətlər bir qədər yumşaldılıb. Qərara əsasən, maşın alverçiləri, müxtəlif kiçik ticarətlə məşğul olanlar, baytarlar və sair peşə sahibləri öz işləri ilə məşğul ola bilərlər. Xəstəliklərlə mübarizə aparmalı olan həkimlərin böyük bir qismi isə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – red.) göstərişi ilə evdə oturublar, onlara verilən icazələr elektron qaydada ləğv edilib, yəni evdən çıxan bu həkimlər cərimə olunacaqlar (8103 icazəsi istisna olmaqla). Görəsən, bu, hansı məntiqə qulluq edir?”
AYNA-ya müarciət edən, Bakının 7 saylı poliklinikasının həkimi Xudaverdi Əliyev belə deyir. Onun sözlərinə görə, həkimlərin evdə oturmasının heç bir məntiqi anlamı yoxdur: “Əgər tibb müəssisəsində lazımi profilaktik tədbirlər görülürsə, həkimlər fərdi gigiyenik qaydalara əməl edirlərsə, həkimin evində oturması TƏBİB-in yalnış qərarıdır”.
Mövzu ilə bağlı AYNA sorğusunu cavablandıran TƏBİB-dən bildirildi ki, sözügedən həkim öz razılığı ilə evdə qalır: “7 saylı poliklinikada çalışan həkim, 1957-ci il təvəllüdlü X.Əliyevin risk qrupuna daxil olduğu səbəbindən, öz razılığı ilə iş fəaliyyətinə fasilə verilməsinə qərar verilib. Həkim 4 may tarixindən poliklinikada fəaliyyətini davam etdirə bilər. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, risk qrupuna daxil olan və yaşı 65-dən yuxarı olan tibb işçilərinin karantin dövründə müvəqqəti olaraq işlərinə fasilə verilib”.
Lakin X.Əliyev bu cavabla razılaşmır: “Mənim razılığım alınmayıb, sadəcə deyilib ki, işə çıxmayın. Mənim 65 yaşım yoxdur, amma şəkərli diabet xəstəsi kimi qeydiyyatdayam. Bu gün də məni çağırırlar ki, “gəlin, sizi Covid-19 üçün test edək”. Əgər mən evdə oturmuşamsa, mənim yoluxma ehtimalım ola bilərmi?”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2020, 17:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2020, 17:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34