“Kəndimiz” restoranında “ağ adamlar”la “qara adam”ların fərqi… - GİLEY
Ölkədə iaşə obyektlərinin, kafe, restoranların hər gün çoxalması, rəqabətin artması müştərilərə qarşı daha həssas olmalarını labüd edir. Xarici qonaqlara qarşı daha həssas xidmət təşkil edən bu kimi restoranlarda öz millətimizdən olan müştərilərə fərqli yanaşma sadəcə utancvericidir. Bir sözlə, belə restoranları idarə edənlər insani keyfiyyətlərdən daha çox pul qazanmağa üstünlük verirlər.
Ümumiyyətlə, bu işlə məşğul olan peşəkarlar sahənin dərinliyini bilməklə yanaşı müştəri məmuniyyətinin qorunması üçün çalışırlar. Bu işlə daha çox inzibatçılar (administrator) məşğul olur.
Amma paytaxt Bakıda bəzi tanınmış restoranlarda bu məsələyə o qədər də həssas yanaşılmır. Çünki, belə restoranlara gələn məmurlar, biznesmenlər və iş adamlarına hesabın nə qədər olacağı maraqlı deyil. Məhz bu da restorandakı qayda-qanunların arxa plana düşməsi üçün əsas səbəbdir və restoran sahibini elə bu maraqlandırır. Odur ki, belələri üçün kənardan gələn təsadüfi müştəriyə diqqət o qədər də vacib deyil.
Paytaxt Bakıda belə restoranlar saysızdır. Amma bunlar arasında diğərlərindən yeməkləri ilə o qədər də seçilməyən, qeyri-adiliyi ilə yadda qalmayan, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən, məmurlardan (?) birinin olan “Kəndimiz” Restoranıdır.
Bu restoranda yer sayı məhdud olduğu üçün öncədən rezervasiya var. Çoxları elə bilir ki, yer sayı ona görə məhduddur ki, guya bura məşhurdur. Əslində bu bir reklam işidir. Yer sayının məhdud olması da öncədən planlaşdırılmış bir addımdır.
Bizimxeber.az-a müraciət edən vətəndaş bildirir ki, bu restoranda məmurlara, iş adamlarına, bir sözlə pulu başından aşanlara münasibətlə, sıradan adamlara olan diqqət tamam fərqlidir. Daha doğrusu, restoran rəhbərliyi üçün təsadüfən restorana gələn adamlara xidmət göstərmək maraqlı deyil. Adi bir sifarişi azı 40 dəqiqə gözləmək lazımdır. Hətta bəzən belə müştərilər tamamilə unudulur. Bunun da özəl səbəbi var. Çünki, daima bu restorana gələn imkanlı adamlar üçün hesabın nə qədər olması maraqlı deyil və onlar “hesab nədən çoxdur?” sualını vermirlər. Həmçinin onların “ofisiant”lara verdiyi el arasında deyilən “çayvoy”un çoxluğu da əsas şərtlərdəndir. Onlar əla bilirlər ki, sıradan adamla “qarnı yekə” məmurun “çayvoy”u yekə olur.
Təssüflər olsun ki, paytaxtın “tanınmış” restoranı sayılan “Kəndimiz”dəkı bu acınacaqlı vəziyyət uzun müddətdir davam edir. Əcəba, bu restoranın sahibi (onun kimliyi bizim üçün məlumdur) üçün azərbaycanlı müştərilər kateqoriyalara, irqlərə, kasıb-varlı olmalarına görəmi bölünür? Əgər elə deyilsə “Kəndimiz”dəki bu qayda nədən hələ davam etdirilir.
Əgər doğrudan da bu restoranda insanlar təbəqələrə bölünürsə o zaman adını “Kəndimiz” deyil “Oliqarx”ımız qoyun. Ustəlik giriş qapısında da yazın ki, burada ancaq “ag adamlar”a qulluq olunur. “Qara adamlar” isə “Qara adam” kafesinə getsin….
Paylaş:
Müəllif : Yazar
Tarix:16-04-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-04-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52