Özəl şirkətlərin infeksiya ocaqlarını dezinfeksiya etməsi qadağandır - RƏSMİ
Koronavirusa görə infeksiya ocaqlarında dezinfeksiya işlərinin aparılması üçün özəl şirkətlər əraziyə dəvət edilmir, özəl şirkətlərin bu ocaqları dezinfeksiya etməsi qadağandır.
Bunu Trend-ə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin (BŞDM) direktoru Akif Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakıda infeksiya ocaqlarında dezinfeksiya işləri yalnız BŞDM tərəfindən həyata keçirilir:
“Ola bilər ki, hansısa müəssisənin özəl şirkətlə müqaviləsi var və dezinfeksiya işini onlara etdirirlər. Amma bu, düzgün deyil. Çünki ocağın mənbəyi və xəstənin hansı yerdə olduğu bilinməli və həmin yerlər də dezinfeksiya edilməlidir”.
A.Məmmədov infeksiya ocaqlarında dezinfeksiya işlərini müvafiq dövlət qurumlarının sifarişi ilə ödənişsiz əsaslarla həyata keçirdiyini də söyləyib:
“Ocaqlarda aparılan dezinfeksiya işləri ödənişli deyil. Biz hazırda yalnız infeksiya ocaqlarında dezinfeksiya işləri aparırıq. Əgər hansısa xəstəxanada xəstə olubsa və o, artıq evə gedirsə, biz həmin xəstəxanaya gedərək xəstənin olduğu yeri dezinfeksiya edirik. Bu işi yalnız sifarişlə yerinə yetiririk”.
Direktor əlavə edib ki, hazırkı şəraitdə müəssisələr yalnız profilaktik məqsədlə həyata keçirdikləri dezinfeksiya işləri ilə kifayətlənməli deyillər:
“Onlar özləri də cari dezinfeksiya işləri aparmalıdırlar. Cari dezinfeksiya dedikdə, xüsusi məhlulla hər gün qapı dəstəklərinin təmizlənməsi, döşəmələrin, pəncərələrinin ön hissələrinin silinməsi və s. nəzərdə tutulur. Müəssisələrin xüsusi sanitar işçilər bu işləri hər gün görməlidirlər”.
Dezinfeksiya üçün istifadə edilən məhlulların nə qədər müddətdə aktiv olduğuna gəldikdə, A.Məmmədov deyib ki, dezinfeksiya edilən otağa virusa yoluxmuş br-iki insan daxil olduqdan sonra burada yenidən virusa yoluxma mümkün ola bilər:
“Dörd saat ərzində dezinfeksiya məhlulunun təsiri aktiv olur və o, olan infeksiyanı öldürür. Amma heç kim bu müddətdə virusun ölüb-ölməyəcəyinə tam olaraq təminat verə bilməz”.
A.Məmmədov hazırda dezinfeksiya üçün istifadə edilən məhsulların çatışmazlığı probleminin olmadığını da söyləyib:
“Bütün məhsullarımız kifayət qədərdir. Dezinfeksiya məhsullarını stansiyaya Səhiyyə Nazirliyi verir. Bu məhsulların arasında həm Azərbaycanda, həm də xarici ölkələrdə istehsal edilən dezinfeksiya vasitələri var. Dezinfeksiya üçün istifadə edilən məhsullar arasında yerli istehsal olan məhsullar da çoxdur”.
A.Məmmədov qeyd edib ki, dezinfeksiya işlərinin həyata keçirilməsi üçün həkim, təlimatçı, epidemioloq və dezinfektorların sayı da kifayət qədərdir.
Dezinfektor işləmək üçün ali və ya orta ixtisas təhsili almağın vacib olmadığını nəzərə çatdıran mərkəz direktoru bildirib ki, bu işlə məşğul olan şəxslər stansiyada 15 gün -1 ay müddətində təcrübə keçdikdən sonra dezinfeksiya işləri həyata keçirirlər:
“Amma dezinfektorlar özbaşına obyektdə heç bir iş görə bilməzlər. O, ya təlimatçının, ya da həkimin nəzarəti ilə dezinfeksiya işləri həyata keçirir. Çünki bu işlərin səmərəli görülməsi üçün məhlula əlavə edilən maddələr nisbətinin mütəxəssis tərəfindən düzgün təyin edilməsi olduqca mühüm məsələdir. Stansiya tərəfindən bu işlər birbaşa həkim nəzarəti altında görülür. Həkimin birbaşa nəzarəti altında dezinfeksiya edilən yer və maddələr nisbəti müəyyən edilir. Amma bu gün dezinfeksiya işlərini həyata keçirən özəl şirkətlərin də sayı çoxdur. Biz bilmirik ki, onlar necə mütəxəssislərlə və hansı məhlullarla işləyirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-05-2020, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-05-2020, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16