reklam
Regionxeberlericom.az » Sosial » Natiq Mikayılovun rəhbərlik etdiyi Azərbaycan şirkəti pandemiyada işçilərini Özbəkistanda atıb qaçdı - VİDEOMÜRACİƏT

reklam

Natiq Mikayılovun rəhbərlik etdiyi Azərbaycan şirkəti pandemiyada işçilərini Özbəkistanda atıb qaçdı - VİDEOMÜRACİƏT

Mətbuata ENTER Engineering Pte.Ltd mətbuat xidmətindən müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:

"Bütün dünyanı bürümüş koronavirus pandemiyası, təəssüf ki, bir çox iş adamlarının biznes etikasına laqeyid yanaşmasını biruzə verdi.

Özbəkistanda karantin tədbirləri görülən andan 450 işçisinə maaş borcu olan Natik Mikayılovun rəhbərlik etdiyi "YES” şirkəti onları sadəcə taleyin ümidinə buraxıb. Nəticədə bəzi işçilər maaş almadan işdən çıxdılar, Tailand, Filippin, Banqladeş və Azərbaycan vətəndaşları arasından 160 mütəxəssis (iki ay maaş almadıqları üçün) xarici ölkədə tamamilə pulsuz şəraitdə, çıxılmaz vəziyyətdə qalıblar.

Bu vəziyyətdə, koronavirus vəziyyətinin tam məsuliyyətini başa düşməklə, baş podratçı olan ENTER Engineering Pte. Ltd., problemi olan "YES” şirkətinin xarici işçilərini öz himayəsini aldı, öz yerlərində karantin şəraitini təmin etdi və gündə 3 dəfə pulsuz yemək verdi. Bundan əlavə, Özbəkistan vətəndaşları arasındakı "YES” işçilərinin bir hissəsi ENTER Engineering Pte.Ltd tərəfindən işə götürülmüşdür.

Diqqətəlayiqdir ki, 2019-cu il may-2 aprel 2020-ci il tarixləri arasında "NSGD” MMC Natik Mikayılovun şirkətinə əvvəlcədən ödəmə nəzərə alınmaqla göstərilən xidmətlərə görə 3 milyon 708 min 481 ABŞ dolları ödəmişdir, halbuki görülən işlərin həcmi 2 milyon 143 min 127 ABŞ dolları. Görəsən, "NSGD” MMC ilə, o cümlədən, öz işçiləri ilə tamamilə əlaqələrini kəsən azərbaycanlı iş adamı, "YES” şirkətinin rəhbəri Natiq Mikayılov bu qədər böyük pulun hara xərcləyib və özü hal-hazırda harada gizlənir?"

Mövzunu davam etdirəcəyik.



Paylaş:


Müəllif : Tarix:
6-05-2020, 19:40
Sikayət   


loading...
Загрузка...