reklam
Regionxeberlericom.az » Sosial » Vüqar Səfərlinin daha bir hoqqabazlığı - Sanki dövlətin qayğısı bunun dədə malı imiş...

reklam

Vüqar Səfərlinin daha bir hoqqabazlığı - Sanki dövlətin qayğısı bunun dədə malı imiş...


Aşıq Gülayə Şınıxlıya (Gülayə israfil qızı Şınıxlı) jurnalistlərin binasından 2013-cü ildə ev verilib.

regionxeberlericom.az Bizimxeber.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə tanınmış jurnalist Samir Feyruzov paylaşım edib.

Bildirilir ki, Gülayə Şınıxlı Aşıq Pəri Məclisinin, Aşıqlar Birliyinin və AYP-nin üzvüdür, “Qayğı və Himayə” adlı qeyri-hökumət təşkilatı var və QHT rəhbəri kimi qrant-müsabiqələrdə iştirak edib.

Ancaq şairə-aşıq xanımın jurnalistika fəaliyyəti olmayıb. Buna baxmayaraq, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ona ev verib. Maraqlıdır ki, onun təqdimatının “Respublika” qəzetindən irəli sürüldüyü bildirilib.

“Respublika” qəzetinin baş redaktoru tanınmış alim Teymur Əhmədovdur. Zəruri olaraq qeyd edək ki, T.Əhmədov Prezidentin köməkçisi, PA-nın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov işdən çıxan kimi onunla bağlı sensasion faktlarla zəngin, sabiq məmura qarşı ciddi ittihamların əks olunduğu bir neçə ardıcıl məqalələrlə rəsmi dövlət qəzetində çıxış etmişdi.

Qeyd edək ki, V.Səfərli aprelin 4-də işdən azad edilib və onun yerinə Prezidentin sərəncamı ilə Əhməd İsmayılov təyin edilib. Ə.İsmayılovun təyinatından az sonra bəlli olmuşdu ki, Rusiyada yaşayan tikinti maqnatı, “Verso-M” şirkətinin rəhbəri Mehrac Babayevdə daxil olmaqla, V.Səfərli PA-nın İctimai-siyasi şöbəsinin əməkdaşlarının qohum-əqrəbalarını işə götürməklə məşğul olub.

Hazırda onların hamısı işdən çıxarılıb. Yeni sədr təmizləmələrlə bərabər, şəffaflaşma prosesinə də start verib.


Paylaş:


Müəllif : Tarix:
9-05-2020, 10:57
Sikayət   


loading...
Загрузка...