"Lider"də maaş biabırçılığı - 4 aya 150 manat...
"Lider" TV-nin bütün əməkdaşları işdən kənarlaşdırılıb.
“BakuPost” xəbər verir ki, telekanal əməkdaşları kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Əməkdaşlar isə işlərini itirməkdən qorxduqları üçün tapşırığa əməl etmək məcburiyyətində qalıblar.
Əldə etdiyimiz məlumata görə, işçilərin 90 faizindən ərazilər alınıb. Kanalda texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efirin isə köhnə veriliş və filmlərlə doldurulacağı planlaşdırılır.
Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb "Lider" TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq, işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Artıq 4 aydır kanalda tam maaş verilmir. İşçilərə mart ayında 100, apreldə isə cəmi 50 manat maaş verilib.
Məlumatda o da bildirilir ki, kanalın gələcəyi ilə bağlı iki seçim üzərində düşünülür. Birincisi, kanal rəhbərliyinin tamamilə dəyişdirilməsi. İkincisi, "Lider" TV-nin tam olaraq bağlanması. Buna səbəb kimi isə bu günə qədər kanalda aparılan bütün islahatların, layihələrin, kadr yenilənmələrinin uğursuz alınması göstərilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-05-2020, 20:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-05-2020, 20:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27