May ayının birdəfəlik ödənişinə başlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərin may ayı üzrə birdəfəlik ödənişlə (190 manat) təminatına başlayıb. "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, nazirlik tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb.
Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
"Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Əgər kartını hələ almayıbsa, mesajda göstərilən bank filialına müraciət edərək kartını və kart vasitəsilə bankomatdan vəsaitini qəbul edəcək. Hazırda birdəfəlik vəsaiti köçürülənlər aprelin 9-dan sonra ilk günlərdə aprel ayının ödənişini alanlardır", - deyə o bildirib.
Ödəniş prosesi ardıcıl davam edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2020, 22:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-05-2020, 22:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27