Azərbaycanda yeni qurum yaradıla bilər... - AKTUAL
Azərbaycanda hüquq-mühafizə sistemində, əksər nazirliklərdə ayrıca istintaq şöbəsinin mövcudluğu illərdir ki, müzakirə mövzusudur. Hazırda ölkədə Prokurorluqda, Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyində, Ədliyyə Nazirliyində, Dövlət Sərhəd Xidmətində istintaq orqanı fəaliyyətdədir. Hər qurumda bir istintaq aparan orqanın olması, istintaqı aparan şəxslərin də həmin qurumun tabeliyində çalışmasının işin obyektiv araşdırılmasına kölgə salması haqda fikirlər var.
Hələ 2013-cü ildə ədliyyə naziri Fikrət Məmmədov Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı “Gələcəkdə Azərbaycanda Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsi yaradıla bilər” demişdi.
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, illər əvvəl də Vahid İstintaq Komitəsinin yaradılması təşəbbüsü ilə çıxış ediblər: “15 il əvvəl mərhum vəkillər İsaxan Aşurov, Elton Quliyev və mən belə bir təşəbbüslə hökumətə müraciət etmişdik. Vahid İstintaq Komitəsinin yaradılması məsələsi hələ sovet dönəminə gedib çıxır. Yəni Vahid İstintaq Komitəsinin yaradılması ideyası o illərdən olsa da, indiyədək reallaşmayıb. Təkcə Rusiya və Qazaxıstanda Vahid İstintaq Komitəsi var.
Vahid İstintaq Komitəsinin yaradılması müsbət hal olardı. Bizdə də belə bir qurumun yaradılması və istintaq işlərinin orada aparılması yaxşı olardı. İstintaq orqanı ilə əməliyyat orqanının eyni tabelikdə olması işdə sui-istifadəyə yol verilə bilməsi ehtimalı yaradır. Vahid İstintaq Komitəsinin yaradılması təkcə istintaqın obyektiv və hərtərəfli aparılmasına kömək demək deyil. O, gələcəkdə məhkəmələrdə işlərin obyektiv aparılmasına zəmin yarada bilər. Biz o zaman təklif etmişdik ki, komitə sədri və 1-ci müavini prezidentin sərəncamı ilə təyin olunsunlar. Bu təklifi ona görə vermişdik ki, kimsə cürət edib prezidentin təyin etdiyi sədrə və onun müavininə təzyiq göstərməsin. Müstəqilik illərində yaranan güc və yarımgüc strukturlarının bu gün hər birində istintaq orqanı var. Bu gün Azərbaycanda Sərhəd Qoşunlarının da ayrıca istintaq idarəsi var. Bu gün bu sahədə bir qarışıqlıq var. Tabeçilik məsələləri də bu cürdür. Müstəntiqlər 3-4 qat tabeçilik altındadırlar”.
Mahmud Hacıyev deyir ki, prokurorluq yalnız məhkəmələrdə dövlət ittihamını müdafiə etməlidir: “Vahid İstintaq Komitəsi yaradılsın, hesabatı ölkə rəhbərliyinə versin. Hər hansı cinayət işi barəsində istintaq aparılanda müstəntiq tərəfindən ittiham aktı tərtib olunur. Məhkəmədə isə çəkişmə prinsipinə əsasən, müdafiə və ittiham tərəfi üz-üzə gəlir. Konkret şəxs barəsində cinayət əməli sübuta yetirilsə, barəsində ittiham hökmü çıxarılır. Sübuta yetirilmirsə, məhkəmə ona bəraət hökmü verir. Vahid İstintaq Komitəsinin yaradılması məhkəmələrdə işlərə obyektiv baxılması və gələcəkdə bəraət hökmlərinin sayının çoxalmasına imkan yarada bilər. İndiki halda isə istintaq orqanları tərəfindən aparılan istintaq materialları əsasında prokuror tərəfindən ittiham aktı tərtib olunaraq iş məhkəməyə göndərilir. Məhkəmədə də prokurorlar ittihamı müdafiə edirlər. Ona görə də çıxarılan hökmlər əsasən ittiham aktının surəti olur. Vahid İstintaq Komitəsi olarsa, istintaq müstəqilləşər, məhkəmələrin obyektiv qərar vermələrinə geniş imkanlar açılar. Daha effektli, qanunçuluğun təmini baxımından keyfiyyətli bir qurum meydana çıxar”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Vahid İstintaq Komitəsinin yaradılmasına münasibət bildirib. O, “Yeni Müsavat”a deyib ki, belə bir istintaq orqanının yaranması bu sahədə işlərin daha keyfiyyətli aparılmasına yol aça bilər: “Rusiyada illərdir ki, belə bir qurum fəaliyyətdədir. Rusiya təcrübəsini öyrənməklə, bu qurumun fəaliyyətinin müsbət və mənfi tərəflərini aydınlaşdırmaqla bu məsələyə baxıla bilər. Belə bir komitənin fəaliyyətinin bütövlükdə cinayətkarlığa qarşı mübarizədə hansı nəticələr verdiyi nəzərdən keçirilməlidir. Bu məsələləri diqqətdən keçirdikdən sonra məsələ geniş müzakirə oluna bilər. Bu gün Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumların tərkibində istintaq orqanları var. Ölkədə 8 istintaq orqanı fəaliyyətdədir və bu orqanlar səpələnmiş formadadır, bir-birilərini təkrarlayırlar. İstintaqla bağlı vəziyyətin bu şəkildə olması bir çox işlərdə paralelliklər, çətinliklər yaradır”.
Əliməmməd Nuriyev deyib ki, Vahid İstintaq Komitəsi ölkədə bu sahədə vəziyyəti yaxşılığa doğru dəyişə bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34