Göyçaydan şikayət var
Göyçay rayon Potu kənd sakini Abdullayev Kamil Məhəmməd oğlu prezident İlham Əliyevə şikayət ünvanlayıb. Şikayətdə deyilir.
"Cənab Prezident! Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 21 iyul tarixli qərarı ilə ailəmizə 1, 69 hektar pay torpaq sahəsi verilmişdir. Göyçay rayon Qızılağac kənd sakini Əsgərov Məqsəd Ərzuman oğlu bizi aldadaraq 03 mart 2017-ci ildə həmin torpaq sahəsinin ona satılması ilə bağlı bizimlə alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, Göyçay rayon İcra Hakimiyyətinin Potu kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Nizami Vəliyev 2017-ci ilin fevral ayında bizimlə əlaqə saxlayaraq bildirdi ki, pay torpağımızı satmaq istəyiriksə onu almaq istəyən var. Qardaşım Ramin Abdullayev və anam Gulxar Abdullayeva icra nümayəndəsi Nizami Vəliyevin kabinetində saxta alıcı Məqsəd Əsgərovla tanış olublar və icra nümayəndəsi Nizami Vəliyevin iştirakı ilə olan danışıqlardan sonra bizə məxsus həmin pay torpağının 3700 (üç min yeddi yüz) manata Məqsəd Əsgərova satılması barədə razılığa gəliblər. Bu pay torpağının aktında adı olan atam Abdullayev Məhəmməd Ağamir oğlu dünyasını dəyişdiyinə görə sənədində düzəliş aparılmalı idi və bu düzəlişin aparılması üçün 200 (iki yüz manat) xərci Məqsəd Əsgərov çəkdi. O, qalan 3500 (üç min beş yüz) manat pulu isə notariusda alqı-satqı müqviləsi bağlanan zaman ödəyəcəyinə söz verdi. 03 mart 2017-ci ildə biz Göyçay rayon notariat kontorunda Məqsəd Əsgərovla alqı-satqı müqviləsi bağlamaq üçün görüşdük. Müqavilə bağlanmazdan əvvəl biz ondan 1, 69 hektar pay torpağının alınması üçün borclu olduğu 3500 (üç min beş yüz) manatı tələb etdikdə bizə dedi ki, alqı-satqı müqaviləsi bağlansın qalan 3500 (üç min beş yüz) manatı sabah icra nümayəndəsi Nizami Vəliyevin kabinetində onun iştirakı ilə sizə ödəyəcəm. Onun bu sözündən sonra mən icra nümayəndəsi Nizami Vəliyevə zəng edib əlaqə saxladım.Nizami Vəliyev telefonda mənə dedi ki, arxayın ol pul mənlikdir alqı-satqı müqaviləsinə imzanızı atın və sabah gəlin pulunuzu məndən götürün. Biz müqviləyə imza atandan sonra təkrar icra nümayəndəsi Nizami Vəliyevə zəng vurduqda o yenədə bir az əvvəl dediyini təkrarlayaraq bildirdi ki, sabah gəlin pulunuzu götürün. Səhər açıldı evdən çıxanda danışdığımız kimi Nizami Vəliyevin kabinetində görüşmək üçün Məqsəd Əsgərova zəng vurdum.O mənim telefon zəngimə cavab vermədi. Avtobusla Göyçay rayon İcra Hakimiyyətinin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinə getdim. Ora çatan kimi təkrar Məqsəd Əsgərovun.telefon nömrəsinə zəng etdikdə isə o mənim və Nizami Cəfərovun haqqında təhqiramiz sözlər işlədərək bildirdi ki, " sənədim əlimdə ağlım başımda. Mən sizə bir manatda pul verməyəcəyəm". Nizami Vəliyev kabinetində olmadığı üçün ona zəng edərək bildirdim ki, Məqsəd Əsgərov bizi aldadıb və aldanmağımızın səbəbkarıda odur. Mənim zəngimdən sonra o idarəyə gələrək söz verdi ki, Məqsəd Əsgərovdan bizə olan borcunun qaytarılmasına köməklik edəcək. Hətta bununla bağlı Nizami Vəliyevlə birlikdə Göyçay rayon Prokurorluğunda və Polis şöbəsində olduq. Lakin bizim müraciətimiz əsasında Göyçay rayon Prokurorluğunda Məqsəd Əsgərova qarşı başlanmış cinayət işi rədd edildi. Sonra mən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda oldum. Problemi əvvəldən sona kimi olduğu kimi Mehdi Səlimzadəyə danışdım. Həmin qəbulda Nizami Vəliyevdə iştirak edirdi. Başçı Nizami Vəliyevə elə orada tapşırıq verdi ki, "alqı-satqıda necə zaminlik etmisən indidə get pulu ala bilirsən al, ala bilmirsənsə maşınını evini satmaqda olsa bu insanların pulunu qaytar" Nizami Vəliyev baş üstə deyərək orda başçıya söz verdi və biz birlikdə qəbuldan çıxdıq. O mənə İcra Hakimiyyətinin binasında söz verdi ki, pulunu alıb verəcəm.Amma bunun üçün vaxt lazımdır. Çünki bi iş məhkəməlikdir.
Beləliklə icra nümayəndəsi Nizami Vəliyevin köməkliyi ilə 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Göyçay rayon Məhkəməsinə müraciət etdik. Müraciətimiz icraata götürüldü və Zəfər Quliyevin sədrliyi ilə iddiamız təmin edildi. Yəni məhkəmə payçılar Abdullayeva Gülxar Bahadur qızı,Səlimova Afaq Məhəmməd qızı, Abdullayev Ramin Məhəmməd oğlu, Abdullayev Kamil Məhəmməd oğlu ilə Əsgərov Məqsəd Ərzuman oğlu arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin ləğvi və onun əsasında Göyçay rayon Potu kəndində yerləşən 1, 69 hektar torpaq sahəsinə verilmiş Əsgərov Məqsəd Ərzuman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunaraq mülkiyyətçilərin məxsusluğuna dair qeydiyyat aparılması və Əsgərov Məqsəd Ərzuman oğlunun həmin torpaq sahəsindən çıxarılması qərarını verdi. Bizi aldadaraq xususi mülkiyyətimizi ələ keçirmiş Məqsəd Əsgərov bu qəraradan Şəki Apellyasiya Məhkəməsinə şikayət verdi. Şəki Apellyasiya Məhkəməsidə bizim xeyrimizə qərar verdi.Yəni Zəfər Quliyevin sədrliyi ilə Göyçay rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.Məqsəd Əsgərov Ali Məhkəməyə kasassiya şikayəti verdi.
Şəki Apellyasiya Məhkəməsi bizim iddiamızın təmin olunması ilə bağlı Göyçay rayon Məhkəməsinin verdiyi qərarın qüvvədə qalması qərarını verəndən bir neçə gün sonra Məqsəd Əsgərovun yaxın qohumu bizə gələrək dedi ki, cavabdehın anası deyir ki mənim oğlum torpaq sahibləri ilə halallaşmayıb. Onun borcunun yarısını mən verim oğluma halallıq versinlər.Anam Gülxar Abdullayeva və qardaşım Ramin Abdullayev buna etiraz edərək bildirdilr ki, niyə yarısını verirlər ki, ya borcu tam ödəsinlər yada torpağımızı qaytarsınlar. Onda Məqsəd Əsgərovun qohumu bizə dedi ki, mən dediyimlə razılaşmasanız sizə olan borcunun yarısını verəcək məhkəməyə qanunsuz olaraq öz xeyrinə qərar alacaq. Onun dediyi kimidə oldu. Biz razilaşmadıq və Ali Məhkəmə Məqsəd Əsgərovun kasassiya şikayətini təmin edərək işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərdi. Şəki Apellyasiya Məhkəməsində sədr Ayaz Mahmudov birinci iclasda mənə sual verdi ki, Göyçay rayon və Şəki Apellyasiya Məhkəmələri sizin xeyrinizə qərar verib. İki məhkəməni udmusunuz. İmkan verin bu məhkəməni Məqsəd Əsgərov udsun.. Ona görədə mən sizin iddianızı təmin etməyəcəyəm deyərək qanunsuz Məqsəd Əsgərovun xeyrinə qərar verdi.Həqiqətən hakimin bu sözünə dəhşətə gəldim .Necə yəni iki məhkəməni biz udmuşuq üçüncü məhkəməni qarşı tərəf udmalıdır.? Necə ola bilər ki, Apellyasiya Məhkəməsi birinci iclasda heç bir araşdırma aparmadan qərar verir? Mən Ayaz Mahmudovun bu qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermişəm. Şikayətim baxılması üçün icraata götürülüb. Aprel ayının 18-də işlə bağlı Ali Məhkəmənin inzibati binasında Gündüz Quliyevin sədrliyi ilə açıq məhkəmə iclası olacaq.
Cənab Prezident!
Pay torpağımızın Məqsəd Əsgərov tərəfindən aldadılaraq ələ keçirməsinə dözməyən anam Gülxar Abdullayeva infarkt keçirdib. Hal-hazırda vəziyyəti yaxşı deyil. Qardaşım Ramin Abdullayev birinci qrup əlildir. Xususi mülkiyyətimiz aldadılaraq dələduzluq yolu ilə ələ keçirilib. Hakim Ayaz Mahmudov bu qərarı verəndə hakimlik prinsipini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təşkilini yadında çıxararaq bu dələduzu müdafiə edir.Ümid sonda ölür .Biz inanırıq ki, Ayaz Mahmudov kimi hakimlərin səhfini Ali Məhkəmənin hakimi Gündüz Quliyev təkrarlamayacaq və obyektiv, ədalətli qərar verəcək."
regionxeberlericom.az
Paylaş:
Müəllif : Yazar
Tarix:17-04-2019, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-04-2019, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29