“Röyal Bank”ın rəhbərlərinin məhkəməsi başlayır
Ləğv olunan “Röyal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Cam barədə ibtidai istintaq başa çatıb.
regionxeberlericom.az "Report”-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bir neçə ildir beynəlxalq axtarışda olan “Röyal Bank”ın direktoru Cam Fuad Əli oğlu bu ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib.
Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.
Bankın Müşahidə Şurasının sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanası 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "RoyalBank"a verilən lisenziya ləğv olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2020, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-05-2020, 09:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34