reklam
Regionxeberlericom.az » Sosial » Ağsu RİH edilən şikayətə reaksiya verdi - "Başçının qəbulunda olmayıb..."

reklam

Ağsu RİH edilən şikayətə reaksiya verdi - "Başçının qəbulunda olmayıb..."



"Bildiririk ki, “Dia.az” informasiya agentliyinin 14 may 2020-ci il tarixli, “İcra başçısından əlil ailəsinə ilginc bəhanə” başlıqlı yazıda göstərilir ki, Ağsu şəhəri, Tariyel Xasıyev küçəsində qeydiyyatda olan Nuriyev Natiq Namiq oğlu 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evinə ziyan dəydiyini, hazırda ailəsi ilə birlikdə mərhum babasından qalmış köhnə, yaşayış üçün yararsız vəziyyətdə olan evdə yaşadığını, bununla bağlı Ağsu Rayon İcra Hakimiyyətində qəbul edilərkən evinin qanunsuz tikilməsi səbəbindən ona köməklik göstərilmədiyi bildirmişdir". Bu barədə DİA.AZ-a Ağsu rayon İcra Hakimiyyətindən göndərilən məlumatda deyilir.

Daha sonra qeyd olunur: "Məlumat üçün bildiririk ki, N.Nuriyevin ailəsi dörd nəfərdən ibarət olmaqla hər ay 223,0 manat ünvanlı dövlət sosial yardımı alırlar. Onun arvadı Əminə Nuriyeva Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasında kiçik tibb bacısı işləyir və hər ay 270,0 manat əmək haqqı alır.

N.Nuriyevin iki övladından biri anadəngəlmə əlildir, Abşeron rayonu 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdi olmaqla evdə təhsil alır. Dövlət tərəfindən ona 150,0 manat təqaüd, 50,0 manat baxım pulu verilir.

N.Nuriyev mərhum babasına məxsus həyətyanı torpaq sahəsində sənədləşdirmədən inşa etdirdiyi yarımtikili fərdi yaşayış evinə zəlzələ nəticəsində ziyan dəyməsi barədə müəyyən olunmuş müddətdə müraciət etmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həmin tikiliyə baxış keçirilməmişdir.

Lakin, sözügedən həyətyanı torpaq sahəsində N.Nuriyevin mərhum babasına məxsus olmuş, hazırda əmisi Nuriyev Mərdan Arif oğlunun istifadəsində olan fərdi yaşayış evinə mütəxəssislər tərəfindən baxış keçirilərək təmirə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir.

Həmçinin nəzərinizə çatdırırq ki, N.Nuriyevin xəstə övladının cənab Prezidentlə görüşməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı 16.02.2019-cu il tarixli rəsmi müraciətinə baxılmış və ona qanunamüvafiq cavab verilmişdir.

Əlavə olaraq bildiririk ki, vətəndaş N.Nuriyev Ağsu Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmaq üçün müraciət etməmişdir".


Paylaş:


Müəllif : Tarix:
15-05-2020, 11:05
Sikayət   


loading...
Загрузка...