Yardım ala bilməyən laçınlı birinci qrup əlil: "Elə deyirlər ərizəni təzələ..."
50 yaşım var, dağınıq skleoroz xəstəliyindən əziyyət çəkirəm, birinci qrup əliləm. Ünvanlı dövlət sosial yardım alırdım. Amma fevral ayında əsassız səbəblə yardımı kəsdilər.
Bu sözləri Teleqraf.com-a müraciət edən Elxan Qəhrəmanov deyib.
Əslən Laçın rayonundan olan şikayətçimiz yurd-yuvasını itirdikdən sonra Sabunçu rayonunda məskunlaşıb. O, 4 nəfərlik ailəsini aldığı təqaüd və 175 manat ünvanlı sosial yardımıla dolandırdırmış. Lakin ümid yeri olan yardım kəsildikdən sonra çətin vəziyyətdə qalıb.
Böyük övladı Sumqayıt Dövlət Universitetində, ikinci övladı isə orta məktəbdə oxuyan Elxan Qəhrəmanov deyir ki, ünvanlı sosial yardımın bərpası üçün 2 dəfə müraciət edib: "Sonuncu dəfə yanvar ayında yardımı aldım. Növəti aydan yardım verilmədi, əlacsız qalıb, mart ayında müraciət etdim. Mənə dedilər ki, sizin övladınız tələbə olsa da, onu portalda şagird kimi göstərmisiniz. Böyük övladım 2 il əvvəl orta məktəbi bitirib. Dedilər ki, bu məlumatın portalda dəyişdirilməsi üçün yenidən ərizəmi dəyişməliyəm".
Elə proses də buradan uzanıb... Elxan Qəhrəmanov gedişatın tezləşməsi üçün ərizəsini dəyişib. Övladının oxuduğu orta məktəbdən arayış alsa da, arayışa baxmayıblar: "Dedilər ki, arayışı biz görsək də, portalda görünmür. Beləcə müddət uzandı. Bayram ərəfəsində Bərdəyə getdim. Ora getdikdən sonra karantin rejimi elan olundu və evə qayıda bilmədim. Bu ərəfədə mənə zəng edib bildirdilər ki, gəlib evə baxmaq istəyirlər. Mən evdə olmadığımı, vaxt istədiyimi desəm də, dinləyən olmadı. Bir neçə gün sonra sms gəldi ki, sizə sosial yardım verilməsindən imtina edilib".
Karantinlə əlaqədar ayyarım Bərdədə qalan Elxan Qəhrəmanov Bakıya qayıtdıqdan sonra yardımın bərpa olunması ilə bağlı yenidən müraciət edib: "İmtina mesajının nəyə görə göndərildiyini soruşduqda, evə gəlməkləri üçün şərait yaratmamağımı səbəb gətirdilər. Karantin rejimi ilə əlaqədar evə qayıda bilmədiyimi dedim, mənə vaxt verilmədi. Vəd elədilər ki, ərizəni təzələ, karantin bitdikdən sonra baxarıq. Çarəsiz qalıb, yenidən ərizə verdim. Lakin hələ də gözləyirəm".
Şikayətlə bağlı Teleqraf.com Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Fonddan bildiriblər ki, ailənin 6 mart 2020-ci il tarixli ünvanlı dövlət sosial yardım alınması üçün müraciətinə 24 mart tarixində maddi məişət müayinəsinə şərait yaratmadığı üçün imtina edilib: "Ailənin ünvanlı yardım alması üçün Elxan Qəhrəmanov tərəfindən 7 may tarixində yenidən VEMTAS-a müraciət daxil olub. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Müraciətin emalı başa çatdıqda əks əlaqə vasitəsilə Elxan Qəhrəmanova bildiriş göndəriləcək".
Ümid edirik ki, Dövlət Sosial Müdafiə Fondu şikayətçinin səsinə səs verəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2020, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-05-2020, 10:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34