Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil, aylıq ödənişlər isə...”
Azərbaycanda internetin qiymətinin baha, sürətinin zəif olması məsələsinə ötən günlərdə toxunmuşduq. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bizimlə söhbətində problemin səbəbkarı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (NRYTN) göstərmişdi.
“Azərbaycanın internet bazarında dövlətin xüsusi çəkisi yüksəkdir. Ölkədə internet bazarının, təxminən, 65 fazi dövlət provayderlərinin nəzarətindədir. Məsələn, “Aztelekom”, “Baktelekom”, “Azercell”. Bunların pərakəndə internet bazarında payı 65 faizdən yuxarıdır. Belə nəticə çıxır ki, internet bazarı dövlətin inhisarındadır və qiyməti də dövlət diqtə edir”, - həmsöhbətimiz bildirmişdi.
“Vaxtilə özəl “Delta Telekom” şirkəti bildirmişdi ki, provayderlərə satılan internetin qiymətini 70 faiz endirmək istəyir və provayderlərdən də qiymətin endirilməsini istəyir. Özəl provayderlər bununla razılaşdı, amma dövlət provayderləri razılaşmadı. Yəni dövlət provayderləri ucuz internet alıb qiyməti aşağı salmağa razı olmadılar. Böyük biabırçılıqdır bu. Bu, bazarda inhisarçılığı qoruyub saxlamaqdır. Hansı ki, dövlət bunun əksini etməli idi. Bazarı tənzimləyən qurum daha liberal, daha şəffaf, daha sərbəst rəqabətli mühit yaratmalı idi. Biz bunu görmədik. Bu, olmuş bir hadisədir. Mən hesab edirəm ki, internetin baha olmasında birbaşa günahkar Nazirliyin özüdür və onun nəzarətində olan üç provayderdir”, - Gündüz Vurğulamışdı.
Mövzu ilə bağlı NRYTN-in mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab verilib. Qeyd olunub ki, ölkədə internetin qiymətini hər bir operator müxtəlif amillərdən asılı olaraq müəyyən edir: “Hər bir operator internetin tarifini əməliyyat xərclərinə və bazara uyğun tarif cədvəlinə, eyni zamanda tələb, təklif və xidmətlərin maya dəyərinə əsasən müəyyənləşdirir”.
Ötən yazımızda internetlə bağlı əhalini narahat edən başqa bir məsələni qaldırmışdıq. Belə ki, aylıq abunə haqqı bir ay üçün ödənilir. Məsələn, 20 manatlıq internet istifadə edən şəxs bir aylıq istifadə üçün həmin 20 manatı ödəyir. Provayderlərin hər ayın ilk həftəsində ödənişlərin tələb edilməsi ilə bağlı qərarı isə vətəndaşın pulunun mənimsənilməsinə səbəb olur. Məsələn, hər hansı səbəblə aylıq ödənişi gecikdirib aprel ayının 28-i ödəniş edən vətəndaşın inteneti may ayının 6-da kəsilir və ondan növbəti ayın ödənişi tələb edilir. Lakin vətəndaş 20 manat ödədiyi halda cəmi 8 gün internetdən istifadə edib.
Nazirlikdən bu məsələ ilə əlaqədar sorğumuza belə cavab verilib: ““Baktelecom” tərəfindən göstərilən telekommunikasiya xidmətlərinə görə “öncədən ödəmə” sistemi tətbiq edilib. Ödəniş müddəti hər ayın 1-dən 6-na qədər müəyyənləşdirilib. Bu qayda istifadəçilərin debitor borcunun yaranmamasına və onların öncədən ödədiyi məbləğə uyğun xidmət almasına imkan yaradır. Yeni qoşulan abunəçinin seçdiyi internet tarifinə görə öncədən ödədiyi məbləğ qoşulduğu gündən etibarən hesablanır. İstifadə edilməyən günlər üçün artıq qalan məbləğ isə növbəti ayın balansına yerləşdirilir. Abunəçi növbəti ayın ödənişini balansında əks olunan qalığa uyğun olaraq özü tənzimləyir. “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılır. Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü növbəti ay üçün ödəmənin son günü müəyyən edilir. Cari ay üçün ödəniş olunmadığı təqdirdə, abunəçiyə göstərilən internet xidməti dayandırılır və istifadəçiyə borc hesablanmır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2020, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2020, 12:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29