reklam
Regionxeberlericom.az » Sosial » “Keçmiş deputatın qızı və yüksək rütbəli Azərbaycan məmuru” Xalidə Türkiyədə yaxalandı - 1 MİLYON LİRƏLİK DƏLƏDUZLUQ

reklam

“Keçmiş deputatın qızı və yüksək rütbəli Azərbaycan məmuru” Xalidə Türkiyədə yaxalandı - 1 MİLYON LİRƏLİK DƏLƏDUZLUQ

Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis əməkdaşları Azərbaycanda axtarışda olan və özünü “keçmiş deputatın qızı, yüksək vəzifəli məmur” kimi təqdim edən Xalidə M. adlı Azərbaycan vətəndaşını yaxalayıb. O, bir çox adamları aldadaraq ümumilikdə 1 milyon lirədən çox pulu dələduzluq yolu ilə ələ keçirib.

regionxeberlericom.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat üzərindən qurbanlarını axtarıb tapan qadın “evlilik və ticarət qurmaq” adı ilə onları aldadıb.

O, tanış olduğu şəxslərə özünü Azərbaycanda yüksək vəzifə tutan məmur kimi təqdim edib, anasının keçmiş deputat olduğunu bildirib. Xalidə M. tanış olduğu adamları inandırıb ki, o Ukrayna və Rusiyadan gömrükdən kənar yollarla ucuz qoz gətirə bilir. Etimadlarını qazanmaq üçün qadın tanış olduğu şəxslərə evlilik də vəd edib. Lakin onların pullarını alandan sonra aradan çıxıb, 8 il ərzində Türkiyədə tez-tez qaldığı yeri dəyişib.

Ankara polisinin Soyğunçuluq və Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları nəhayət qadının izini tapıblar, onun evinə təmizliyə gedən qadını müəyyən edərək izləməyə başlayıblar. Təmizlik işçisinin şübhəlinin evini təmizləməyə getdiyi vaxt polislər mənzilə basqın ediblər və Xalidəni yaxalayıblar.

Xalidə M. Rusiyanın nüfuzlu universitetlərindən birinin məzunudur və 3 xarici dil bilir.


Paylaş:


Müəllif : Tarix:
26-05-2020, 15:45
Sikayət   


loading...
Загрузка...