reklam
Regionxeberlericom.az » Sosial » LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik"

reklam

LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik"


Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri karantin dövründə 2 ay dərs keçməsələr də, onlardan təhsil haqlarının tələb edildiyini deyirlər.

Bu barədə Arqument.az-a bir qrup tələbə müraciət edib.

Onların sözlərinə görə, bir aydan qısa vaxtda onlayn dərslər keçirilsə də, bu dərslər müddətində yalnız 3-4 mühazirə keçirilib: "Demək olar ki, günün bütün saatını bu dərslərə qoşulmaqla vaxtımızı xərclədik. Üstəlik, bu müddət ərzində bir-iki saatda 3-4 mühazirə keçirildi, mühazirənin seminarı da tələb olundu. Bu, nə dərəcədə düzgündür? Üstəlik, bu qısa vaxt ərzində kollekviumun suallarından öyrənmək məcburiyyətində qaldıq. 5-6 fəndən 18 sual. Bu yetməzmiş kimi, 1-10 iyunda kollekvium bitən kimi iyunun 11-dən imtahanlar başlayacaq. Kollekviuma kimi illiyin yarısın ödəməyənlər kollekviuma girə bilməyəcək. Sadəcə, bir gün sonra imtahan başlayır və bir gün ərzində bu qədər pulu tapmaq imkansızdır”.

Tələbələr deyir ki, bu cür qərar tələbələrin həm mənəvi, həm də maddi cəhətdən pis vəziyyətə salır: "Sillabusdakı suallar çoxdur. Mühazirələr bir fənn üzrə ən azı 100, ən çoxu 200-300 səhifədir. Bizə isə bunları öyrənmək üçün çox az bir zaman verilir. Məlumdur ki, qısa müddət ərzində proqramın hamısının keyfiyyətli keçirilməsi, eyni zamanda tələbələrin bütün dərsləri qısa müddət ərzində mənimsəməsi mümkün deyil”.

LDU tələbələri bildirir ki, uzun zaman ərzində tələbələrin dərsdən uzaq olması, qarşıya qoyulan bu tələblərin onlarda yaratdığı həyəcanla, stresslə dərs oxumaq mümkün deyil: "Yalnız mühazirə və sillabusları kabinetə yerləşdirməklə tələbələrdən imtahan tələb etmək nə dərəcədə düzgündür? Elə fənlər var ki, izahsız mümkün deyil. İzaha ehtiyac olmayan fənləri də mühazirə verməklə tələbənin oxuduğunu düşünüb imtahan tələb etmək yanlışdır. Sistemli şəkildə distant təhsil keçirməyə də Universitet təzəcə başlayıb. Biz sadəcə digər Univeristetlərin tələbələrinə etdikləri güzəşti görürük və bu güzəştləri istəyirik".

Tələbələr imtahanların ləğv edilməsini, təhsil haqlarının tələbələrdən istənilməməsini tələb edirlər: "Kollokviumları ləğv edilməlidir. Biz Lənkəran Dövlət Universitetinin tələbələri haqlarımızı tələb edirik”.

Lənkəran Dövlət Universitetindən məsələni arqument.az-a şərh etməyiblər.


Paylaş:


Müəllif : Tarix:
27-05-2020, 09:09
Sikayət   


loading...
Загрузка...