Partiya sədrləri yardım kampaniyasına qoşulub? - “Özümüzün yardıma ehtiyacı var, o ki qaldı kiməsə yardım etmək”
Koronavirus pandemiyasının ölkəmizdə də yayılması səbəbilə elan edilən xüsusi karantin rejimi iş yerlərinin müvəqqəti bağlanması, bir çox insanın gəlirdən məhrum olması ilə nəticələndi.
Belə bir zamanda müxtəlif təbəqədən olan insanlar imkansız ailələrə yardım kampaniyasına start verdi. Bu kampaniyaya qoşulanlar arasında tanınmışlar və siravi vətəndaşlar da yer aldı. Artıq karantin qaydaları yumşaldıqdan bəri iş yerləri açılır, fəaliyyət tədricən bərpa olunur.
Maraqlıdır ki, karantin müddətində siyasət nümayəndələri də yardım aksiyasında iştirak ediblərmi?
Cebhe.info bununla bağlı partiya sədrləri arasında sorğu keçirib.
AG Partiyanın rəhbəri Tural Abbaslı açıqlamasında bildirib ki, partiya olaraq karantin müddətində iki fərqli zamanda imkansız ailələrə yardım ediblər:
"Biz karantində 2 dəfə, fərqli zamanlarda partiya olaraq ümumilikdə 60-a yaxın ailəyə yardım etdik. Müxtəlif üzvlərimiz də öz təşəbbüsləri ilə ayrı-ayrı ailələrə, şəxslərə yardım göstərdi. Çalışdıq ki, ən azı 4 nəfərlik ailənin 10-12 günlük ərzağı olsun. Fikrimiz var ki, Allah imkan versə, bunu mütəmadi davam etdirək. Ən azı, ayda bir dəfə. Çünki kampaniya ərzində bəzi adlar, koordinatlar bəlli oldu. Doğrudan da, bəzi insanların acınacaqlı vəziyyətdə yaşadığını gördük. Mən inanmıram ki, yardım olunanların vəziyyəti karantin bitəndə də yaxşılaşsın. Belə məlum oldu ki, onların karantinə qədər də vəziyyəti yaxşı deyilmiş. Düşünürəm ki, hər bir partiya, təşkilat, istənilən kollektiv fəaliyyət istiqamətindən asılı olmayaraq, ayda bir dəfə aralarında müəyyən məbləğdə pul yığaraq bu yardımı edə bilər".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 570 imkansız ailəyə yardım göndərdiklərini söyləyib:
"Biz bununla bağlı partiya xətti ilə 570 ərzaq zənbilini imkansız ailələrə göndərdik. Sadəcə, sosial şəbəkələrdə bunun geniş fotolarını yaymadan rəsmi məlumat verdik".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yardım aksiyasında iştirak etmədiklərini, partiyanın özünün maliyyəyə ehtiyacı olduğunu deyib:
"Xeyr, yardım aksiyasında iştirak etməmişik. Bizim partiya kimi özümüzün yardıma ehtiyacımız var. Çünki bizim saytımız, qəzetimiz, televiziyamız var. Bunların işini təşkil edə bilmirəm, o ki qaldı kiməsə yardım etmək. Bu yardım məsələsi qazanc götürən, müəyyən gəliri olan təşkilatlara aiddir. Yardım var deyə, hər kəs yardım edə bilməz".
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya xətti ilə belə yardımlara qoşulmadıqlarını, ancaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən mənbəğdə yardım etdiklərini vurğulayıb:
"Nə mən, nə rəhbəri olduğum partiya elə bir kampaniya aparıb. Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanımız daxilində müəyyən yardım göstərdik. Prinsipcə, bu yardımların göstərilməsinə fərqli yanaşıram. Hesab edirəm ki, yardımlar dövlət xətti ilə təşkil olunmalıdır. Yardım göstərənlər də bu barədə reklam aparmasalar, bəlkə də, daha doğru olar. Düzdür, reklam bəzilərini bu prosesdə iştirak etməyə təşviq edir. Ona görə də bu məsələyə görə kimisə qınamaq fikrində də deyiləm. Amma özümüzün imkanımız daxilində partiya üzvləri müəyyən iş görüb".
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2020, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2020, 10:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32