Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri və Konstitusiya Məhkəməsinin hakiminin adı cinayət işində - İLGİNC
Bakıda tanışına qarşı dələduzluq etməkdə ittiham olunan 1957-ci il təvəllüdlü İradə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
regionxeberlericom.az-un Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, İradə Həsənova tanışı Elmir Kazımovun pulunun başqası tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etməsini bilib. O, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə İradə Həsənova 2015-ci ilin iyununda Elmir Kazımovun tanışı Manaf Həsənov tərəfindən pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə Xətai rayon Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən tanış hakimin vasitəsi ilə araşdırmanın obyektiv aparılmasına, Manaf Həsənovun barəsində cinayət işinin başlanmasına, cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə və gələcəkdə Manaf Həsənovun həbs olunmasına köməklik edəcəyi ilə bağlı imkanının olması haqqında həqiqətə uyğun olmayan məlumatlar verib.
Məhkəmə sədri və hakimlər adından dələduzluq
İradə Həsənova Elmir Kazımovu inandırmaqla, bunun üçün pul tələb olunduğunu bildirib. O, Elmir Kazımovun etibarından sui-istifadə etmə və aldatma yolu ilə Konstitusiya Məhkəməsinin adını bildirmədiyi hakiminin yanına həmin məsələlərin həll edilməsindən ötrü əliboş getməmək üçün ona ətir almaq adı ilə 5 iyun 2015-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Q.Qarayev prospekti 29 saylı ünvanda yerləşən “Kapital Bank”ın Qara Qarayev filialının qarşısında 250 manat, daha sonra həmin işin Elmir Kazımovun xeyrinə həll edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə vermək adı ilə 14 iyul 2015-ci il tarixdə saat 15:55-də Bakı şəhəri, Ş.Mirzəyev 24 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasında həmin məhkəmədə kargüzar vəzifəsində işləyən cinayət barədə məlumatı olmayan tanışı Varfolomeyeva Lyubov Alekseyevnanın vasitəsi ilə 3.050 manat, daha sonra Manaf Həsənovun barəsində həbs seçilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin adını bildirmədiyi hakiminə vermək adı ilə 12 sentyabr 2015-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Q.Qarayev prospekti 20 saylı ünvanda yerləşən “Ustop” mağazasının qarşısında 1.000 manat, habelə eyni niyyətlə 10 oktyabr 2015-ci ildə saat 22:10-da Bakı şəhəri, R.Rüstəmov küçəsi 62 nömrəli binanın qarşısında 1.000 manat alıb.
İstintaq sənədlərinə görə, İradə Həsənova tanışı Elmir Kazımova ümumilikdə 5300 manat məbləğində ziyan vurub.
İstintaq orqanı tərəfindən İradə Həsənovanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.1-ci (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrik etmə, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan olunub.
“Elmiri tanımışam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İradə Həsənova özünü elan olumuş ittiham üzrə təqsirli bilməyib. O, qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur: “1999-cu ildən 2001-ci ilə qədər Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 58 saylı, daha sonra isə həmin rayonun R.Rüstəmov küçəsi 76 saylı evin 105 №-li mənzilində yaşamışam. Həmin illərdə Elmir Kazımovun bibisi Tükəzban xanımın işlədiyi mağazaya gedib-gəlmişəm. Tükəzban və onun oğlu Anarla tanışlığım yaransa da, Elmiri 2003-cü ildən tanımışam. Elmir Kazımov 2015-ci ilin iyul ayında mobil nömrəmə zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Onunla danışdıqdan 1-2 gün sonra günorta saatlarında Bakıxanov qəsəbəsində yerləşən mebel mağazasının qarşısında görüşdük. Elmir öz avtomobili ilə gəldiyindən onun avtomobilinə əyləşdim, Nizami rayonu ərazisində yerləşən “Xəzər” Universitetinin yaxınlığına gəldik”.
“Vəkil Elton Quliyevə müraciət etdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, söhbət əsnasında Elmir ona atasının barəsində hazırda Xətai rayon Polis İdarəsində cinayət işi aparıldığını, Xətai rayon Polis İdarəsinin 37 polis bölməsində 2015-ci ilin iyun ayında 3 gün saxlanıldığını, həmin bölmədə olduğu zaman atasının vəziyyətinin havanın isti olmasına görə pisləşdiyini, üç dəfə təcili tibbi yardım gəldiyini, onu polis bölməsindən Kürdəxanıda yerləşən türməyə aparacaqlarını, əgər atası türməyə aparılarsa ürəyinin dözməyəcəyini və ölə biləcəyini bildirib: “Oğlum Rifaqın onun atasının vəkili olmasını xahiş etdi. Oğlunun onun atasına vəkillik edə bilməyəcəyini bildirdim və vəkil Elton Quliyevə müraciət etdim”.
“Sənəd lazım olduğunu bildirdim”
İradə Həsənova qeyd edib ki, 2015-ci ilin iyul ayında vəkil Elton Quliyevin ev nömrəsinə zəng edərək yaxın adamının işinin istintaqda olduğunu, vəkilə ehtiyacları olduğunu deyib: “Ondan işə çıxmağını xahiş etdim. Elton Quliyev həmin şəxs barəsində qərar və digər sənədləri baxması üçün ona göndərməyimi bildirdi. Elton Quliyevlə danışdıqdan sonra Elmirə zəng edərək vəkilə göstərmək üçün işlə bağlı sənəd lazım olduğunu bildirdim. Ondan növbəti gün həmin sənədləri mənə çatdırmaq üçün “Xəzər” Universitetinin qarşısına gətirməsini xahiş etdim”.
“Elton Quliyevlə görüşməyimi xahiş etdi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2015-ci ilin iyul ayında Elmir səhər saatlarında zəng edərək “Xəzər” Universitetinin yaxınlığına çatdığını deyib: “Həmin vaxt orada olmadığımdan Nizami rayon Məhkəməsində işləyən tanışım Lyubanın iş nömrəsinə zəng etdim, ona qohumumun onun yanına gələcəyini və mənə çatdırması üçün sənəd verəcəyini, özümün isə axşam gələrək ondan sənədi götürəcəyimi dedim. Lyuba da mənimlə razılaşdı.Bundan sonra Elmirə zəng edərək sənədləri Nizami rayon Məhkəməsinin dəftərxanasında işləyən Lyuba xanıma verməsini dedim. Həmin gün axşam tərəfi əlimdə kosmetika qabı ilə Nizami rayon Məhkəməsinə gələrək Lyuba ilə məhkəmənin girişində görüşdüm, ondan Elmirin verdiyi sənədləri aldım. Lyuba mənə içərisində sənədlər olan bir ədəd uzunsov və ensiz, üzərində heç bir yazı və markası olmayan zərf təqdim etdi. Zərfi alaraq Lyuba ilə sağollaşdım və daha sonra getdim. Zərfin içərisində hazırda vərəqlərini xatırlamadığım, istintaqa təqdim etdiyim bir ədəd adını bilmədiyim sənəd olub. Sənədləri aldıqdan 1-2 gün sonra Elmir mənə yenidən zəng edərək “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “Ustop” mağazasının yanında olan gözəllik salonunun qarşısında görüşdük, mənə 70-100 manat dəyərində “Gucci” markalı ətir verdi və yenə də vəkil Elton Quliyevlə görüşməyimi xahiş etdi”.
“Elmirə qarşı dələduzluq etməmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, Elmirin növbəti xahişindən sonra 2015-ci ilin iyulunda vəkil Elton Quliyevlə Azadlıq prospektində küçədə görüşün və ona Elmir Kazımovun verdiyi, içərisində sənəd olan zərfi təqdim edib: “Elton Quliyev sənədlə tanış olduqdan sonra işi götürməkdən imtina edərək xəstə olduğunu və müalicə olunmaq üçün xaricə gedəcəyini dedi. Lakin məsləhət verərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməli olduğunu, əks halda işin ağır cinayətlər məhkəməsinə gedəcəyini bildirərək, sənədi mənə qaytardı. Bu barədə Elmirə dedikdə, Elmir atasının borcunun bir hissəsini artıq qaytardığını bildirdi. 2015-ci ilin avqust ayında Elmir mənə zəng edərək ev sahibinin onu evdən çıxardığını, arvadının hamilə olduğunu dedi və məndən 1-2 aya qaytarmaq şərtilə 2000 manat məbləğində borc pul istədi. 2015-ci ilin avqust ayının sonlarında 1.000 manat məbləğində pulu “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “Ustop” mağazasının qarşısında Elmirə verdim. Elmir yenə məndən 1.000 manat məbləğində borc istədi. 2015-ci ilin sentyabr ayının sonlarında isə rəfiqəm Qızqayıddan 1.000 manat məbləğində borc pul alaraq Qızqayıdın yaşadığı Nizami rayonu, Rüstəmov küçəsi, ev 62 ünvanının qarşısında Elmirin avtomobilində ona verdim. Elmir pulu məndən alarkən Füzuli rayonunda özlərinə məxsus olan mal-qaradan satıb, 1-2 ay müddətində pulu hissə-hissə qaytaracağını bildirdi. 2015-ci ilin noyabr ayının sonlarında Elmirin aldığı borcu qaytarmadığını gördüm, ona zəng edərək rəfiqəm Qızqayıdın 1000 manat pulunu qaytarmasını söylədim. Elmir hələ pulu düzəldə bilmədiyini dedi. Lakin bir müddət sonra Elmir pulu qaytarmadıqda, bu dəfə onun nömrəsini rəfiqəm Qızqayıda verdim, sonuncu da Elmirlə 2 dəfə danışdı. Elmir pulu qaytarmadığı üçün özüm 1.000 manatı 2016-cı ilin yanvar ayında Qızqayıda qaytararaq həmin pulu Elmirdən alacağımı güman etdim. Bundan sonra Elmirlə əlaqə saxlamadım, pul almadım. Elmirə qarşı dələduzluq etməmişəm”.
“Müstəntiqə pul verdiyini, işin dayandırdğını dedi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmir Kazımov bildirib ki, 2014-cü ilin noyabr ayında tanışı Manaf Həsənov onun etibarından sui-istifadə edib, ev almaq adı ilə ondan 25675 manat məbləğində pul alıb, ələ keçirdiyi üçün polisə müraciət edib: “Müraciətim üzrə araşdırma aparılması Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Raciv adlı müstəntiqə həvalə edilməsinə baxmayaraq araşdırma aparılmayıb. Manaf mənə müstəntiqə pul verdiyini və araşdırmanın dayandırıldığını dediyindən 2015-ci ilin iyun ayında tanışım İradə Həsənova ilə telefonla əlaqə saxladım. Onunla danışarkən şikayətimə baxılmadığını dedim, ondan məsləhət istədim. İradə Həsənova Konstitusiya Məhkəməsində işləyən tanış hakim olduğunu və onun vasitəsilə işinə düzgün baxılmasını tapşıracağını bildirərək həmin şəxsin yanına əliboş getmək istəmədiyini və onun üçün ətir almalı olduğunu dedi. Buna görə İradə Həsənovaya 5 iyun 2015-ci il tarixdə, saat 16 radələrində Q.Qarayev prospekti 29 saylı ünvanda yerləşən “Kapital Bank”ın “Qara Qarayev” filialının qarşısında görüşdüm, orada yerləşən “Kapital Bank”a məxsus bankomatdan əmək haqqı kartımdan 118 manat pul çıxardım və özümdə olan pul ilə birlikdə cəmi 250 manat pulu İradə Həsənovaya verdim. 250 manat pulu İradə Həsənovaya verərkən atam Həşim Kazımov barəsində olan Xətai rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli həbs qətimkan tədbirindən imtina edilməsi barədə qərarın surətini də verdim”.
“Qərarı ona təqdim etmişəm”
Zərərçəkmiş qeyd edib ki, İradə Həsənova Manaf Həsənovdan şikayəti ilə bağlı işini onun xeyrinə həll etmək məqsədilə tapşırtdırmaq üçün ondan həmin işlə tanış olmaq üçün hər hansı bir sənəd istəyib: “İlkin olaraq Manaf Həsənov atam Həşim Kazımov və yeznəm Natiq Səlimovdan şikayət etdiyi üçün Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, atam, yeznəm şübhəli şəxs qismində tutulub. Atam Həşim məhkəmənin 29 may 2015-ci il tarixli qərarı ilə azad olunub. Bundan sonra Manaf Həsənovun mənim 25.675 manat pulumu aldadaraq ələ keçirməsi ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət etdim. Şikayətim həmin işin tərkibində araşdırılmağa başlandığından İradə Həsənova məndən işlə tanış olmaq üçün hər hansı bir sənəd istədiyi vaxt onda yalnız qeyd olunan qərar olduğu və şikayətinin də eyni işin tərkibində araşdırıldığını düşünmüşəm. İradə xanımın işdən ümumi məlumatı olsun deyə, həmin qərarı ona təqdim etmişəm”.
“Məhkəmə sədrinin hakimə tapşırıq verdiyi söylədi”
Elmir Kazımovun sözlərinə görə, bir neçə gün sonra İradə Həsənova ona zəng edib: “Mənə narahat olmamağını və işimin tapşırıldığını bildirdi. 10-15 gün sonra İradə Həsənova zəng edərək şikayətim üzrə artıq cinayət işi başlandığını, işin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini, həmin məhkəmənin sədrinin guya ona zəng edərək işə düzgün baxılması üçün hakimə tapşırıq verdiyini söylədi. O, bunun müqabilində 3050 manat pul hazırlayıb, 14 iyul 2015-ci il tarixdə Lyuba adlı tanışına verməyimi, özünün isə pulu həmin qadından götürəcəyini dedi. 14 iyul 2015-ci il tarixdə, saat 15:55-də 50 və 100 manatlıq əskinaslardan ibarət olan 3.050 manat pulu zərfin içərisinə qoydum və Nizami rayon Məhkəməsinə gedərək orada işləyən Lyuba adlı qadınla görüşüb, ona zərfin içərisində pul olduğunu dedim, həmin pulu İradə Həsənova çatdırması üçün zərfi ona verdim”.
“Pulumu qaytarmasını istəyirəm”
Elmir Kazımov bildirib ki, 14 iyul 2015-ci il tarixdə axşam saatlarında İradə Həsənova zəng edərək pulu Lyubadan götürdüyünü və həmin məbləğdə də pul hazırlamasını deyib: “Mən əvvəlcə 1000 manat düzəltdim, 12 sentyabr 2015-ci il tarixdə saat 21:00-da Nizami rayonu, Q.Qarayev prospekti, 20 saylı ünvanda yerləşən “Ustop” mağazasının qarşısında görüşərək İradə Həsənovaya verdim. Daha sonra yenə də eyni adla 1000 manat düzəldərək 10 oktyabr 2015-ci il tarixdə saat 22:10-da Bakı şəhəri, R.Rüstəmov küçəsi, 62 nömrəli binanın qarşısında İradə Həsənova ilə görüşüb, ona verdim. Xeyli müddət keçməsinə baxmayaraq, işi ilə bağlı heç bir xəbər gəlmədiyini, heç kimin məni nə polisə, nə də məhkəməyə çağırmadığını gördüm. Özüm Xətai rayon Polis İdarəsinə gedərək müstəntiq Racivlə görüşdüm. Müstəntiq şikayəti üzrə cinayət işi başlanılmadığını, heç kimin onun işinə görə xahiş etmədiyini, şikayətin aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinə göndəriləcəyini bildirdi. Bundan sonra İradə Həsənova ilə əlaqə saxladım, müraciəti üzrə cinayət işi başlanılmadığını və heç kimin xahiş etmədiyini bildirdim, ona verdiyim pulları geri qaytarmasını tələb etdim. İradə Həsənova mənə daha sonra zəng edəcəyini dedi. Lakin sonradan İradə Həsənova zənglərimə cavab verməyərək gizlənməyə başladı. Ondan pulumu qaytarmasını istəyirəm”.
Nizami rayon Məhkəməsinin hökmü ilə İradə Həsənova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və 3500 manat miqdarında cərimə olunub. Onun Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilib.
Hökmdən narazı qalan zərərçəkmiş Elmir Kazımov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
İradə Həsənova da apelyasiya şikayəti verərək, barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini istəyib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinsə hər iki tərəfin şikayətinə baxılıb və onların şikayətləri təmin olunmayıb.
Bu qərardan narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada zərərçəkmişin şikayəti araşdırılıb. Hakim heyəti Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edib və şikayətə yenidən apelyasiya instansiyasında baxılması barədə nəticəyə gəlib.
İradə Həsənovanın barəsində olan cinayət işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan iclasda araşdırma aparılıb və Nizami rayon Məhkəməsini hökmü dəyişdirilməyib. İradə Həsənova tərəfindən Bakı Apelyasiya Məhkəməsinin depozit hesabına ödənilmiş 5000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs Kazımov Elmir Həşim oğluna ödənilməsi qərara alınıb.
Daha sonra İradə Həsənova kasasiya şikayəti verib. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
İradə Həsənovanın şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Qərara görə, İradə Həsənovanın kasasiya şikayəti təmin olunmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2020, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2020, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33