reklam
Regionxeberlericom.az » Sosial » Son 10 yeri tutan rayonların rəhbərləri... – DƏRHAL İŞDƏN GETMƏLİDİR

reklam

Son 10 yeri tutan rayonların rəhbərləri... – DƏRHAL İŞDƏN GETMƏLİDİR



Azərbaycanın rayonlarında icra hakimiyyətlərinin fəaliyyətini qiymətləndirmək üçün yeni sistem qurulmalıdır.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, icra hakimiyyətlərinin işinə bu sistemlə qiymət verilməli və göstəriciləri zəif olan icra başçıları işdən getməlidir.

İlham Əliyev icra başçılarının həbsindən danışdı: "İstintaq gedir"

Ekspert yazır:

«Hökumət McKinsey şirkətilə daha bir əməkdaşlığa başlayıb.

Prezidentin martda verdiyi sərəncama görə yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliyini ölçən sistem qurulmalıdır və McKinsey bu işdə hökumətə məsləhətlər verir.

Yerli vətəndaş cəmiyyəti ekspertlərinin belə səmərəlilik indikatorları hazırlamaq sahəsində bilik və təcrübəsi olsa da, hökumət müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib.

Ekspert qrupumuz dövlət qurumlarının fəaiyyətinin səmərəliliyini qiymətləndirmək üçün son 9 ildə 2 siyasət sənədi hazırlayıb: 2011-ci ildə hökumətin aqrar siyasətinin, 2016-cı ildə isə regioanal inkişafla bağlı siyasətin nəticələrini qiymətləndirmək üçün göstəricilər sistemi hazırladı.

Onsuz da nəticə əsaslı büdcə mexanizminə keçid baş verdiyi halda, bütün qurumların fəaliyyətini ölçən indikatorlar sisteminin formalaşdırılması mütləq baş verəcək.

Lakin indiki stiuasiyada yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalı, icra hakimiyyətlərinin fəaliyyətini ölçən göstəciilər sistemi bölgə inkişafını müəyyən edən indikatorlara nəzərən hazırlanmalıdır.

İldə bir dəfə isə həmin göstəricilər əsasında bölgələrin inkişaf və səmərəlilik reytinqi hazırlanmalıdır. Tutaq ki, son 10-luqda olan autsayder rayonlarda idarçilər dərhal vəzifəsindən getməlidir.

Hərçənd ki, yerlərdə hakimiyyətin seçkili təsisatlara verilməsinin qatı tərəfədarı olaraq yerli icra hakimiyyətləri üçün belə bir təklifi də gərək verməyəsən. Amma idarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə sistemi də dediyim ardıcıllıqla qurulmalıdır.

Öz növbəsində, təklif olunan sistem istər təyinatlı, istərsə də seçkili bölgə idarəçiliyi üçün eyni dərəcədə keçərlidir...».


Paylaş:


Müəllif : Tarix:
28-05-2020, 11:36
Sikayət   


loading...
Загрузка...