DSX rəhbərliyi ilə bağlı ŞOK İDDİA - İTTİHAM
Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmışdır və bu qurum dövlət sərhədlərimizin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi orqanıdır.
Dövlət Sərhəd Xidməti ona həvalə olunmuş vəzifələri tabeçiliyində olan hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir və bu quruma baş idarələr, şöbələr həmçinin digər dövlət qurumları da daxildir. Dövlət Sərhəd Xidməti fəaliyyətini vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirməli olan bir dövlət qurumudur. Bütün bunlara baxmayaraq, 27 mart 2001-ci il tarixdən 31 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini—Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixdən 5 iyun 2017-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı və Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı əsasında isə, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunan general-polkovnik Elçin İsağa oğlu Quliyev, hal-hazırda rəhbərlik etdiyi bu dövlət qurumunu sanki şəxsi mülkiyyətinə çevirib. Bir neçə gün bundan öncə adı çəkilən bu şəxsin həyata keçirdiyi qanundankənar idarəçiliklə bağlı, GundemXeber.Az-ın redaksiyasına olduqca sensasiya doğura biləcək ilginc məlumatlar daxil olub. Yəni, daxil olan məlumatlarda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini daşıyan Elçin Quliyev, bu gün rəhbərlik etdiyi sahədə daha çox qohumbazlığa, yerlibazlığa, dostbazlığa və s. önəm verməkdədir. Məsələn, bir neçə faktların varlığına diqqət yetirək və hər kəsi bu şəxsin həyata keçirdiyi idarəçiliklə bağlı yaxından tanış etməyə də çalışaq. Gundemxeber.Az-a çatdırılan məlumatlarda vurğulanır ki, DSX-də Anar Bağırov adlı şəxs var və o, Elçin Quliyevin yaxın qohumudur. Bu şəxs vaxtilə Naxçıvan MR-nın Daxili İşlər nazirliyi sturukturunda polis serjantı vəzifəsində çalışsa da, bir müddətdən sonra o, DSX-i rəisinin ailə sürücüsü olaraq işə götürülür. Qısa zaman kəsiyində polkovnik rütbəsi verilən Anar Bağırov, çox keçmir ki, DSX-i rəisinin sərhəd nəzarəti üzrə müavini vəzifəsinə təyin olunur və o, bu gün də daşıdığı vəzifəsini icra etməkdədir. Elçin Quliyevin DSX-də çalışan Ceyhun adlı başqa bir qohumu var ki, bu şəxs də eyni variantda işə götürülür və qısa zaman kəsiyində ona polkovnik-leytenant rütbəsi verilir. Hal-hazırda Ceyhun adlı şəxs DSX rəisinin köməkçisi vəzifəsini daşımaqdadır.
General-leytenant rütbəsi daşıyan İlham Mehdiyev də, Elçin Quliyevə bağlı olan şəxsdir və o da, DSX rəisinin “atalıq qayğısı” sayəsində belə bir rütbəyə sahiblənib və hal-hazırda rəisin ən ərköyün müavinlərindən biri hesab olunur. Düşündürücü halın varlığı isə, İlham Mehdiyevin cavabdehlik daşıdığı sahəyə heç bir aidiyyatı olmayan çoxlu sayda qohum-əqrəbalarını işə qəbul etməsidir ki, bu gün onlar həmin sahədə “at oynatmaqdadırlar”. Bundan əlavə, İlham Mehdiyev Sabrina adlı doğma övladına leytenant rütbəsi verdirmiş və onu DSX-nin Beynəlxalq Əlaqələr Baş İdarəsində mühüm vəzifəyə təyin etdirib. İlham Mehdiyevin baldızı DSX-nin maliyyə idarəsində baş mühasib, oğlanları isə zabit rütbəsini daşımaqdadırlar. General-leytenant Firuz Şirinzadə DSX-nin rəisi Elçin Quliyevin həm qohumudur, həm də ki, müavinidir. Bu şəxsin oğlu isə, Bakı şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərhəd nəzarəti xidmətində baş zabitdir. Elçin Quliyevin yaxın qohumlarından olan Elçin İbrahimov general-mayordur və bu şəxs hal-hazırda DSX-də aparat rəhbəri vəzifəsini daşıyır. İddialara görə o, DSX-nin rəisi ilə olan yaxın qohumluq münasibətlərindən sui-istifadə edir və doğma əmisi oğlu Elnur İbrahimovu sərhəd nəzarəti xidmətində bölmə rəisi vəzifəsinə təyin etdirməyi də bacarır. Hələlik mayor rütbəsi daşıyan Elnur İbrahimovun, hal-hazırda çalışdığı bölmədə “at oynatdığı” bildirilir. Rəşad Sadıqov DSX-də baş qərargah rəisi vəzifəsini daşıyır və o da, Elçin Quliyevin yaxın qohumlarındandır. Bu şəxs xalası oğlu polkovnik Ceyhun Qulamovu DSX-də şöbə rəisi vəzifəsinə təyin etdirib. Hal-hazırda Ceyhun Qulamovun rəhbərlik etdiyi şöbənin, yalnız onun qohum-əqrəbalarından ibarət olduğu bildirilir.
Elçin Quliyevin oğlu Məhəmməd adlı şəxsin DSX-nin tabeçiliyində olan hərbi hissələrdən birində “hərbi xidmət”də olduğu, hal-hazırda leytenant rütbəsi daşıdığı və adı çəkilən bu qurumun istintaq idarəsində çalışdığı da söylənilir. Yəqin ki, bu şəxs çox yaxın vaxtlarda hansısa rayonda prokuror vəzifəsini daşıyacaq. Elçin Quliyev yaxın qohumlarından olan polkovnik-leytenant Emin Quliyevi ilk əvvəl DSX-nin istintaq idarəsnə rəis müavini təyin etsə də, bir müddətdən sonra isə onu, Baş Prokurorluqda mühüm vəzifəyə işə düzədir. Bir sözlə, Elçin Quliyev bu gün geniş ictimaiyyət arasında analoqu olmayan yerlibaz, qohumbaz, dostbaz, “mafioz general” olaraq ad çıxarmış və yəqin ki, onun adı müasir Azərbaycan dövlətçiliyi tarixində “qara ləkə” olaraq hər zaman xatırlanacaq.
Mövcud qanunvericiliyin tələblərinə görə, ölkəmizin müxtəlif dövlət qurumlarında yaxın qohumların bir-birinin tabeçiliyində fəaliyyət göstərən idarələrdə, şöbələrdə və s. kimi sahələrdə çalışmaları qanunla qadağan olunsa da, bu gün DSX-də qanunun belə bir tələbinə heç bir halda əməl olunmur. Yəni, Elçin Quliyevin özü və onun yaxın qohum-əqrəbaları, həmçinin general rütbəsini daşıyan bu şəxslər, sanki dövlətimizin içində yeni bir dövlət yaradıblar. Onların çoxu Fövqəladə Hallar Nazirliyində, Dövlət Miqrasiya Xidmətində, Daxili İşlər Nazirliyində və digər dövlət qurumlarında çalışmaqla bərabər, eyni zamanda respublikamızda söz sahibi də hesab olunurlar. Fakt budur ki, hal-hazırda DSX idarəsinin rəhbərliyində olan şəxslərin 70-80 faizi, məhz Elçin Quliyevin yaxın qohum-əqrəbalarıdır və əslən Naxçıvan MR-dan olanlardır.
P.S. Hörmətli oxucular! Sadaladığımız bu kimi faktlar GundemXeber.Az saytına çatdırılan məlumatların yalnız cüzi bir hissəsidir. Sizi yaxın günlərdə daha ciddi, daha müfəssəl məlumatlarla, hər kəsi şoka sala biləcək adlarla bilgiləndirməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Gundemxeber.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2020, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-05-2020, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29