reklam
Regionxeberlericom.az » Sosial » Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur - GİLEY

reklam

Xətaidə daha bir qanunsuz tikilinin təməli qoyulur - GİLEY


Xətai rayon Məzahir Rüstəmov küçəsində qanunsuz tikinti işlərinin aparılması barədə redaksiyamıza şikayət daxil olub.

Yeniavaz.com xəbər verir ki, sakinlər həmin küçə boyu bəzi xırda tikililərin sökülərək ətrafının geniş şəkildə çəpərləndiyini və yerində qanunsuz şəkildə iri obyektlərin inşasının başladıldığını söyləyiblər:

"Həmin ərazidə 5 mərtəbəli binanın yanında dəmir lövhələrlə inşa edilmiş köhnə tikilinin yerində qeyri-qanuni şəkildə, naməlum şəxslər tərəfindən başqa bir obyektin bünövrəsi qoyulur. Hətta küçədə aparılan abadlıq işlərindən sonra yerə döşənmiş daşlar bir gün sonra sökülərək yeri qazılıb".

Verilən məlumatlarda bildirilib ki, həmin küçədə yaşayan sakinlərin 34-cü polis bölməsinə etdikləri şikayətə baxmayaraq heç kəs problemlə maraqlanmayıb:
Hadisədən sonra polis əməkdaşları onlara yaxınlaşaraq hədə qorxu gəliblər və tikintiyə mane olmamalarını tələb ediblər. Hətta, bəzi vaxtlarda özünü obyekt sahibi kimi təqdim edən naməlum şəxs bura gələrək işçilərə müxtəlif təlimatlar verir".

Mövzu ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin rəisi Pənah İmanov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin küçədə yeniləmə işləri gedir və yaşıllıq zonası salınır: "Biz abadlıq quruculuq işləri çərçivəsində küçə boyu olan obyektlərin sahiblərindən icazə alıb oranı müasir estetik görkəmə gətiririk. Həmin tikililərin sənədləri, çıxarışları var. Kimsə deyirsəki biz orada nəyisə söküb yerində böyük bir obyekt tikirik, bu yalandır. Hətta, qeyd edim ki, həmin küçə boyu qaz xətləri yuxarı ilə gedirdi. Onların hamısını aşağı ilə apardıq. Küçənin səliqəli halda olması üçün orada olan "moyka"ların sahibləri ilə də görüşlər aparmışıq və onlar təyinatlarını dəyişmək üçün razılıq veriblər. Bütün bu işlər küçənin yenilənməsi prosesi çərçivəsindədir".




Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 09:32
Sikayət   


loading...
Загрузка...