reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda ödənişli hərbi xidmətə keçid MÜMKÜNDÜRMÜ? - MÜZAKİRƏ

reklam

Azərbaycanda ödənişli hərbi xidmətə keçid MÜMKÜNDÜRMÜ? - MÜZAKİRƏ


Mayın sonlarında cəbhənin Qazax istiqamətində Dövlət Sərhəd Xidmətinin əsgərinin şəhid olması peşəkar ordu məsələsini yenidən aktuallaşdırıb. Belə ki, əli silah görməmiş gənclərin ön cəbhədə xidmətə göndərilməsi ciddi müzakirə mövzusudur. Ki, təcrübəsiz gənclər birbaşa cəbhəyə göndərilir və düşmən gülləsinə tuş gəlirlər.

Bəs, belə olan halda peşəkar ordu necə olmalıdır? Azyaşlı, təcrübəsiz gənclərin ön cəbhədə xidmət etməsi nə qədər yararlıdır?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli AYNA-ya açıqlmasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri “xalq ordusu”dur: “Yəni ordunun formalaşmasında, şəxsi heyətin komplektləşməsində bütün Azərbaycan vətəndaşları iştirak edirlər. Bu proses isə rotasiya qaydasında tənzimlənir. Bu, o deməkdir ki, sağlam Azərbaycan vətəndaşı ona qoyulan yaş və müddət əsasında zabit, gizir, çavuş və əsgər kimi xidmət edir. Azərbaycanda “xalq ordusu” formatına üstünlük verilməsinin əsas səbəbi isə ölkəmizin işğal faktı ilə üz-üzə qalmasıdır”.
“O ki, qaldı peşəkar ordu yaradılması məsələsinə, birmənalı olaraq bizdə bu mərhələyə keçid zərərlidir. Lakin Azərbaycan Silahlı Qüvvələrində bir sıra vəzifələr peşəkar əsgərlərə, çavuşlara həvalə olunub. Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Daxili Qoşunlar və digər hərbi təyinatlı qoşun növlərində peşəkar əsgər vəzifələri yaradılıb. Xüsusən də bu iş Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələrdə daha çox aparılıb. 2014-cü ildən başlayaraq, Azərbaycan Ordusunun bütün qoşun növlərində peşəkar əsgər vəzifələrinin sayı artırılıb. Orduda da bu vəzifənin adı “Müddətdən artıq xidmət edən” (MAXE) kimi göstərilir”, - ekspert bildirib.

Məmmədlinin sözlərinə görə, bu vəzifədə xidmətə götürülən əsgərlər əvvəlcə məcburi həqiqi hərbi xidmətlərini çəkirlər və bundan sonra könüllülük əsasında MAXE kimi orduda xidmətə qəbul olunurlar: “Ordunun bütün qoşun növlərində MAXE-lər xidmət aparırlar. Xüsusən də cəbhə bölgəsində MAXE-lər, yəni peşəkar əsgərlər xidmət həyata keçirirlər. Azərbaycan bu prosesə 2014-cü ildən başlayıb və indi də davam etdirir”.

Müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığına da toxunub: “Silahlı Qüvvələrin tam olaraq peşəkar, yəni müqaviləli, ödənişli ordu sisteminə keçidi hazırkı vəziyyətdə mümkün deyil. Onsuz da zərurət yarandıqda ordunun xüsusi təyinatlı birləşmələri bu əməliyyatları həyata keçirir”.


Paylaş:


Müəllif : Tarix:
5-06-2020, 11:34
Sikayət   


loading...
Загрузка...