reklam
Regionxeberlericom.az » Sosial » "Xudatov Adil məni dəfələrlə hədələyib..." - GİLEY

reklam

"Xudatov Adil məni dəfələrlə hədələyib..." - GİLEY


Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovdan sahibkarların şikayəti bitib tükənmir. Prezidentə müraciətinin bir nüsxəsini Teref.az-ın poçtuna göndərən kiçik sahibkar Əliyev Kənan Mülkəsahib oğlu şikayət məktubunda yazr:

Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevə

Nəsimi rayon sakini orta təhsilli 15.12.1974-cü il təvəllüdlü
Əliyev Kənan Mülkəsahib oğlu tərəfindən
MƏKTUB
Cənab Prezident ölkə daxilində və xaricində apardığınız uğurlu siyasəti tam dəstəkləyirik və kiçik bir sahibkar kimi bizə kiçik sahibkarlara verdiyiniz dəstəyi alqışlayıram.
Cənab prezident sizin kiçik sahibkarlara verdiyiniz dəstək bizimdə öz iş potensialımızı və maliyyə resuruslarımızın inkişafına təkan verir,bu hal bizi çox sevindirir.
Lakin yerlərdə neqativ hallarda vardır ki, bizim inkifaşımıza, işləməyimizə maneə olur.
Beləki Sumqayıt şəhərinin abadlaşdırılmasında köhnə tikili binaların əsaslı təmirində mərkəzi küçələrdə yerləşən binaların və obkeytlərin əsaslı təmirini həyata keçirmişik. Mən rəhbəri olduğum Təmir Tikinti Briqadası ilə Sumqayıt şəhərinin S.Vurğun küç 5,6,7,8 mikrorayonda yerləşən xeyli sayda çoxmərtəbəli binaların əsaslı təmirini həyata keçirmək üçün 2016-cı il may-sentyabr aylarını əhatə edən müqavilə bağlamışıq, qiymətlər Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı Zakir Fərəcovla razılaşdırılıb. İşlərin böyük bir hissəsi görüldükdən sonra , Sumqayıt şəhər İcra hakimiyyətində kassir vəzifəsində işləyən Hüseynov Fəzail mənə hissə-hissə 37.000 manat pul ödəyib.
Nəzərinizə çatdırıram ki, şəxsən Zakir Fərəcovun razılığı ilə görüləcək təmir tikinti işlərinin tikinti materialları ilə birlikdə qiyməti 530.000 manat razılaşdırılıb. Əsaslı təmir işlərində istifadə olunan bütün inşaat materailları öz hesabıma alınıb və təmir prosesində istifadə edilib. Lakin Sumqayıt şəhəri abadlaşdırılması proqramı çərçivəsində dövlətin ayırdığı vəsait təmir işlərini aparan kiçik sahibkarlara çatmamış və dolayı yollarla mənimsənilmişdir. Artıq 4 il olmasına baxmayaraq görülən əsaslı təmir tələb etdiyimiz pulu ala bilmirik. İcra hakimiyyətinin Memarlıq Arxitektura şöbəsinin müdiri Xudatov Adil adlı şəxs şəxsən məni dəfələrlə hədələmiş və əgər birdə haqqımı tələb etsəm məni şərləyib tutduracağı ilə şantaj etmişdir.
Cənab Prezident apardığımız təmir işlərinə xərclədiyim pula görə xeyli miqdarda borcum yaranıb. Alınan inşaat materiallarının böyük hissəsinin pulunu bu günə kimi ödəyə bilməmişəm. İşlərini bitirmiş ustalara bu günə kimi borclu qalmışam.
Cənab Prezident müflis olmuş kiçik sahibkar kimi dəstəyinizə ehtiyacım var.
Yuxarıda yazılanları nəzərə alıb müvafiq orqanlara işin araşdırılması üçün problemin aradan qaldırılması üçün göstəriş verməyinizi sizdən xahiş edirəm.

İmza: Əliyev Kənan Mülkəsahib oğlu
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


Paylaş:


Müəllif : Tarix:
8-06-2020, 09:43
Sikayət   


loading...
Загрузка...