reklam
Regionxeberlericom.az » Sosial » Gömrük Komitəsinin KORONAVİRUS BAZARI... - İTTİHAM

reklam

Gömrük Komitəsinin KORONAVİRUS BAZARI... - İTTİHAM


Koronavirus pandemiyasının bütün bəşəriyyəti, o cümlədən də ölkəmizi sarsdığı bir məqamda Azərbaycana tibb avadanlıqlarının gətirilməsi ilə məşğul olan şirkətlər idxal edilən avadanlığa görə, qanunsuz ƏDV tələbləri ilə üz-üzə qalıblar. Bu barədə DİA.AZ-a həmin şirkətlərdən birinin nümayəndəsi adının çəkilməməsi şərti ilə məlumat verib. Mənbə iddia edir ki, bu gün DGK rəhbərliyi hətta koronavirusla bağlı tibbi avadanlıqları belə müstəqil qaydada ölkəyə gətirməyə çalışanların qarşısında əngəl rolunu oynamaqdadır.

DİA.AZ-a verilən məlumata görə, gətirilən tibb avadanlığı gömrükdə saxlanılır və həmin avadanlığa görə ƏDV ödənişi tələb edilir, hətta bu zaman lizinq müqvilələri belə nəzərə alınmır: «Halbuki, Mülki Məcəlləsinə əsasən, tərəflər beynəlxalq lizinq müqaviləsinə dair üçtərəfli müqavilə imzalamaqla, ölkəyə mallar idxal edə bilər. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti ƏDV-ə cəlb olunmamalıdır. Bundaən əlavə, hazırki məqamda tibbi avadanlığa görə DGK rəhbərliyinin xüsusi həssaslıq nümayiş etdirməsi tələb olunduğu halda, bunun əksi müşahidə olunur. Nəticədə isə kimlərsə varlanır, əhalimiz təhdid altında qalır».

Qeyd edək ki, ƏDV və lizinq müqaviləsi mübahisəsinə son qoymaq məqsədilə Vergi Məcəllənin 140.6-cı maddəsinin həmin maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli Plenumun qərarı ilə müəyyən etmişdir ki, maliyyə lizinqi əməliyyatı özündə lizinq və alqı-satqı müqavilələrini birləşdirən tam bir əməliyyatdır. ƏDV məqsədləri üçün maliyyə lizinqi əməliyyatı maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad edilir. Belə ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə görə, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Amma təəssüflər olsun ki, gömrük orqanları lizinq müqaviləsi ilə ölkəyə idxal edilən mallardan qanunsuz və əsassız olaraq ƏDV tələb edirlər. Bu da ölkəmizdə investisiya yatırımının qarşısını alır, investorların hüquqlarının pozulmasına gətirib çıxarır. Ən əsası isə birbaşa olaraq insanlarımızın daha keyfiyyətli, yeniləşən dünyanın yeni tibbi avadanlıqlarla müalicə və müayinəsinin qarşısında əngəl kimi çıxış edir.

Dia.az xatırladır ki, anoloji problemlə bağlı bir müddət əvvəl də DGK ilə münaqişə yaşanmışdı. İndi isə görünəni odur ki, gömrük rəhbərliyini daha çox şəxsi çıxarları maraqlandırdığından hər vasitə ilə daha böyük pulları qazanmağı qəsd edirlər... nəinki ölkə sahibkarlığının inkişafını... bu məsələdə isə insanlarımızın sağlamlığını...


Paylaş:


Müəllif : Tarix:
10-06-2020, 10:57
Sikayət   


loading...
Загрузка...