Avtobusda maska taxmayanların şəkli bu ünvana göndərilə bilər - RƏSMİ
İnsanların daha çox sıx olduğu yerlər arasında ictimai nəqliyyatın böyük payı var. Karantinlə əlaqədar tələb olunan qaydalara əksər hallarda riayət olunmur. Nə sosial məsafə saxlanılır, nə də bir çoxları qoruyucu maskadan istifadə edir. Nəzarəti isə yalnız az sayda dayanacaqlarda polis əməkdaşları aparır. Bəs sərnişinlərin daim maskadan istifadəsi üçün hansı ciddi tədbirlərin daha effektiv təsiri olar?
Mövzu ilə bağlı Lent.az -ın sorğusuna cavab verən Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, avtobuslarda sərnişinlərin maska taxmasına ciddi nəzarət üçün əlavə təkliflər verilməlidir:
“Avtobuslarda sərnişinlərin maska taxmasına daha ciddi nəzarət etmək üçün yeni təkliflər verilməlidir. Bu geniş müzakirə mövzusudur. Hazırda koronavirusinfo.az saytında xüsusi bölüm fəaliyyət göstərir. Həmin bölümdə vətəndaşlar maska taxmayan, karantin qaydalarına zidd hərəkət edənlərin fotosunu çəkib göndərə bilərlər. Bu zaman isə onu göndərən şəxsin anonimliyi tam qorunur”.
Qeyd edək ki, mayın 29-da baş nazir Əli Əsədovun qərarına əsasən, ictimai nəqliyyatda, dayanacaqlarda, bazar və digər iaşə obyektlərində, dövlət orqanlarının binalarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə və.s maska taxmaq məcburiləşdirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2020, 15:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2020, 15:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:59
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 08:28
“Azər-Türk Med”də nöqsanlar aşkarlandı,klinika bağlanır? Təbəssüm Qurbanova vəzifəsindən sui istifadə edib.....
Bu gün, 08:20
AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 09:48
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Dünən, 08:41
Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
27-01-2025, 16:29
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - Fotolar
27-01-2025, 14:57