İki şəhərdə psixiatriya xəstəxanalarında çatışmazlıqlar aşkarlanıb - RƏSMİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə və Şəki şəhərlərindəki psixiatriya xəstəxanalarına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.
Ombudsman Aparatından APA-ya bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakultativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmələrdə məqsəd yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələr çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisələrin palata və şöbələrinə, görüş yerlərinə, yeməkxanalara, ərzaq anbarlarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.
Gəncə şəhər və Şəki rayon Psixatriya Xəstəxanaları Ombudsmanın təklifləri də nəzərə alınmaqla yeni binalara köçürülüb. Başçəkmələr zamanı koronavirus pandemiyası ilə əlaqədar sanitar-gigiyenik qaydalara diqqət yetirildiyi, əməkdaşların tibbi maskalarla təmin edildiyi, xəstələrdən və əməkdaşlardan test nümunələrinin götürüldüyü, mütəmadi olaraq dezinfeksiya tədbirlərinin davam etdirildiyi, sovqat qəbulu və görüşün müvəqqəti olaraq dayandırıldığı məlum olub.
Gəncə şəhər Psixatriya Xəstəxanası müasir tibbi avadanlıqlarla təchiz olunsa da, onların tətbiqi üçün ixtisaslı kadrlara (laborant, rentgenoloq, radioloq, terapevt, psixiatr və USM həkimi) ehtiyac var.
Şəki rayon Psixiatriya Xəstəxanasında ixtisaslı kadr və ştatların çatışmadığı müşahidə edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may - 18 iyun tarixlərində respublikamızda Müvəkkilin təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılması və gigiyenanın nəzarətdə saxlanılması tövsiyə olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2020, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-06-2020, 12:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39