"Uşaq evində böyüdüm, yataqxanada yaşayıram, qocalar evində öləcəyəm..." - Uşaqlıqda zibilliyə atılmış qadının dramı
Qızıldaş qəsəbəsinə gedəndə belə sadə, gözəl ürəkli bir qadınla tanış olacağımı düşünməmişdim. Qəsəbədə olan yataqxana haqqında məlumatlı olduğum üçün təsəvvürlərim başqa idi.
Dəhlizdə qızların səsi gəlirdi: "Günel, Günel, səni çəkməyə gəliblər". Saçları dağınıq, qaraqaş-qaragöz, çəlimsiz bir qadın qapıdan boylanaraq çaşqın baxışlarla ətrafa baxmağa başladı. Jurnalist olduğumu biləndə otağına çağırdı. Ürəyi dolu idi. Bütün həyatını film lenti kimi gözü önünə gətirib danışırdı.
29 yaşlı Günel Muradova valideynlərini xatırlamır. Deyir ki, onu uşaqlıqda zibilliyə atıblar: "Kimsə məni tapıb. Bir müddət böyüdüb, sonra saxlamağa gücü çatmayıb. Aparıb Maştağa qəsəbəsində 1 saylı uşaq evinə verib".
"Mən gözümü açandan uşaq evində olmuşam. Deyilənə görə, anam elə gənc yaşlarında avtomobil qəzasında beyin zədəsi alaraq dünyasını dəyişib. Məni qardaşım axtarıb tapmışdı. Atam xəstə idi. 2013-cü ildə də ağciyər xəstəliyindən dünyasını dəyişdi" - Sputnik Azərbaycan-ın müsahibi danışır.
Günel internat məktəbini bitirdikdən sonra Təhsil Nazirliyi tərəfindən bu yataqxanaya yerləşdirilib. Bir müddət şəhərdə müxtəlif kafelərdə işləyib. Elə ilk həyat yoldaşı ilə də bu şəraitdə tanış olub.
"Mən yetiməm. Bəzən insanlar bizim kimi qızların kimsəsizliyindən istifadə edib aldadırlar. Məndə də elə oldu. Mahirlə bir qızımız dünyaya gəldi, amma mənimlə evlənmədi. Vətəndaş nikahında yaşadıq. Övladıma doğum şəhadətnaməsi çıxara bildim. Qızım atasının ad və soyadını ala bilib. Amma o, bizə baxmaqdan imtina etdi. Deyir ki, "mənim öz ailəm var, öz uşaqlarıma ancaq baxa bilirəm". İndi mənə ondan heç nə lazım deyil" - deyir qadın.
O, ikinci dəfə Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Həyat yoldaşı inşaat sektorunda çalışır. Bir övladları da var: "Sağ olsun, hər zaman yanımdadır, mənə dəstək olur. Çətinlikdə saxlamır məni. Ancaq mənim istəyim bir evimin olmasıdır. Bunu mən ona deyə bilmərəm".
Dediyinə görə, "Məzun evində" mənzil almaq üçün müraciət edib: "Ancaq təəssüf olsun ki, süründürməçiliyə salıblar məni. Bütün sənədlərimi də təqdim etmişəm. Bizi sadəcə yola verirlər. Valideynlərimin ölüm kağızını istəyirdilər. Onu da tapıb verdim. Amma elə "gözlə" deyirlər".
Günel Muradova bildirir ki, "Qızıldaş yataqxanası" gözdən-könüldən uzaq olduğu üçün bura haqqında istənilən söz deyilir: "Hər yerin yaxşısı da, pisi də var. Amma biri mən, normal şəkildə ailəm var. Başımı ailəmə qatıb uşaqlarımı böyüdürəm".
Həmsöhbətimiz uzun-uzadı özü haqqında danışır. Gah gülümsünür, gah gözləri dolur. Ümidi yoxdur həyata. Düşünür ki, yetimlərin taleyi elə ilk gündən gətirmir: "Uşaq evində böyüyüb, yataqxanada yaşayıb, qocalar evində öləcəyəm. Bizim taleyimiz belə yazılıb".
Sağollaşıb çıxıram, arxamca gəlir: "İradə, qurban olum, səncə, mənə ev verərlər? Bezmişəm, yorulmuşam, vallah". Sonra üzünə qəribə bir təbəssüm qonur: "İnanıram ki, verəcəklər"...
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2019, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2019, 11:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39