reklam
Regionxeberlericom.az » Sosial » 6 manatlıq şirkət milyonluq tenderləri necə udur? - Hacıqabulda ŞÜBHƏLİ DURUM

reklam

6 manatlıq şirkət milyonluq tenderləri necə udur? - Hacıqabulda ŞÜBHƏLİ DURUM

Hacıqabul Rayon İcra Hakimiyyəti “Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ(Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. “Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də “Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə “Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib.


Paylaş:


Müəllif : Tarix:
15-06-2020, 15:31
Sikayət   


loading...
Загрузка...