reklam
Regionxeberlericom.az » Sosial » Aprel döyüşləri qazisi Mehriban Əliyevaya müraciət etdi - "4 nəfərlik ailəmizin yoxsulluq səviyyəsi..."

reklam

Aprel döyüşləri qazisi Mehriban Əliyevaya müraciət etdi - "4 nəfərlik ailəmizin yoxsulluq səviyyəsi..."


Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Bərdə rayon 32–lər kəndində yaşayan, Aprel müharibəsinin 2–ci qrup müharibə əlili Muradov Vüsal İlqar oğlu tərəfindən

Ərizə

Bildirirəm ki, mən, 21.02.2019-cu il tarixdə “KapitalBank” ASC-nin Bərdə filialından kredit müqaviləsinə əsasən (müştəri kodu 0349632) 4 il müddətinə illik faiz dərəcəsi 29.84 % olmaqla kredit almışam. Bu günə banka qalıq borcum 7598.84 manat təşkil edir.

Mən 2-ci qrup müharibə əlilliyinə görə hər ay 840 manat müavinət alıram. Hər ay da 326 manat kredit ödədikdən sonra ailəmizə qalan ümumi gəlir 514 manat təşkil edir. Ailəmiz 4 nəfərdən ibarətdir, mən, həyat yoldaşım və iki övladım. Hər nəfərə orta hesabla 128.50 (514 m, 4) manat sərbəst vəsait qalır. Adambaşına qalan vəsait aylıq yaşayış minimumundan 61.50 (190m – 128.5) manat azlıq təşkil edir. Ailəmizə ayda qalan vəsaitə aylıq (gündəlik tələbat malları olan ərzaq, qeyri-ərzaq, kommunal, tibbi və sair) xərclərimizi ödəyə bilmirik.Bu səbəbdən ailəmizin maddi durumu gündən-günə pisləşir. Nəticədə ailəmiz yoxsulluğa düçar olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Qarabağ döyüşlərində iştirak etmiş, əlil olmuş şəxslərə daim yüksək səviyyədə qayğı göstərir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, yoxsulluqdan azad olunaraq maddi rifahlarının artırılması üçün bütün gücünü sərf edir. Bu səbəbdən yoxsulluğun azaldılması məqsədilə 28.06.2011-ci il tarixdə 1578 nomrəli sərəncam imzalanmışdır.
Banka olan 7594.80 manat borc öhdəliyimə xitam veriləcəyi təqdirdə 4 nəfər ailə üzvümüz yoxsulluq səviyyəsindən azad olar və maddi rifahımız zəruri xərclərimizi ödəyər.

Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yoxsulluğun azaldılması və davamlı inkişaf “Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında 28.06.2011-ci il tarixdə 1578 nomrəli sərəncama əsaslanaraq və ailəmizin yoxsulluq vəziyyətində olmasını nəzərə alaraq banka olan 7594.80 manat borcuma xitam verilməsi üçün “KapitalBank” ASC-nin rəhbərliyinə müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirəm:

İnanıram ki, Aprel müharibəsinin 2–ci qrup əlili olmağımı və 4 nəfər ailə üzvünün yoxsulluq vəziyyətindən azad olunaraq maddi dururmumuzun yaxşılaşdırılması üçün ailəmizə köməklik göstərəcəksiniz.

Dərin hörmətlə və inamla: Muradov V.İ.
Əlaqə tel: 050–877–06–28 //moderator.az//


Paylaş:


Müəllif : Tarix:
17-06-2020, 09:45
Sikayət   


loading...
Загрузка...