reklam
Regionxeberlericom.az » Sosial » O bacarmadı... BACARMAYACAQDI DA... - Pandemiyanı da bəhanəyə çevirib

reklam

O bacarmadı... BACARMAYACAQDI DA... - Pandemiyanı da bəhanəyə çevirib

Koronavirus pandemiyası dövründə idxal-ixrac əməliyyatları zəifləmiş kimi görünsə də, əslində bu belə deyil. Bu barədə DİA.AZ-a danşan gömrükdəki mənbə qazanclarının əvvəlki dövrlərdən az fərqləndiyini bildirməklə yanaşı onu da qeyd edir ki, əslində pandemiya DGK sədri Səfər Mehdiyevin işinə yaramış oldu. Yəni əlində bəhanə var ki, dövlətə hesabatda öz payını əvvəlki sədrin dövrünə uyğun olaraq mənimsəsin.

Bu arada redaksiyamıza Səfər Mehdiyevin köhnə xislətini dəyişmədiyini sübutlayan bir material da göndərilib. Həmin materialı təqdim edirik:

"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyirdi ki, 1 manat da rüşvət alsam həbsxanada oturmağa hazıram. Gömrük sədri onu da bildirirdi ki, ölkədə monopoliya yoxdur.

“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”. Bu da Səfər Mehdiyevin səs-küylü, iddialı və pafoslu bəyanatlarından biri idi. Amma nə oldu? Məşhur “Yol əhvalatı” filmində deyildiyi kimi, “Paşa vurub maşını sındırdı”.

Onun DGK-nə sədr təyinatı ilə nə sistematik, nə prinspial olaraq heç nə dəyişmədi. S.Mehdiyev ciddi kadr islahatları aparmadı, rüşvətə bulaşmış məmurlar işlərinə davam elədilər, gömrük məntəqələrində yenə basabas, süründürməçilik, sahibkarların incidilməsi halları yaşanır.

Biz nə Gürcüstan, nə Türkiyə, nə İranı qabaqlaya bilirik. Vətəndaşlar hər səfərində Səfər Mehdiyevin gömrüyü ilə qonşu ölkələrin gömrüklərinin fərqinə şahid olurlar, tükü tükdən ayırd edə bilirlər.

Fərq isə göz qabağındadır: gömrükdə rüşvətxorluq, sıxlıq, əsassız yerə çantaların boşaldılması, bir blok artıq siqaretə və ya 3 litr yağa görə vətəndaş incidilir, insanlar vətəninə gələndə nifrət etməyə başlayırlar.

Bu, həm də gömrüyün imicini zədələyir, gömrük əməkdaşını gözdən salır, xırdaçılığa getməklə kiçik məsələ şişirdilir, nəticə etibarı ilə DGK-nin reputasiyasına xələl gəlir.

Axı prezidentin S.Mehdiyevi təyin etməsində məqsədi Aydın Əliyevdən qalan problemlərin, neqativ halların aradan qalxmasına nail olmaq idi.

Bu mənada S.Mehdiyevin ilk günlərdə verdiyi açıqlamaların zaman keçdikcə blefə çevrildiyi təəssuratı yaranmağa başlayır. Elə bir sahibkar və ya vətəndaş olmayıb ki, gömrükdə hansısa irəliləyiş olduğunu təsdiqləsin.

İndi isə faktlara nəzər salaq:

2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib.

Görəsən Maliyyə nəzarət palatası adıçıkilən idarənin 16 günlük deyil 16 aylıq sənədlərini yoxlasaydı nə qədər maliyə pozuntusu və büdcədən kənar xərcləmələr aşkarlanardı?

Cəmi 16 günə 2 milyondan artıq maliyyə pozuntusu aşkarlanan idarənini rəisinin təqdimatını Prezident İlham Əliyevin qarşısına kim qoyub?



15 manat rüşvət aldığına görə gömrük müfəttişini işdən azad edib sənədlərini prokurorluq orqanlarına göndərən Səfər Mehdiyev ictimaiyyətin gözünə külmü üfürürdü ya bu kül İsmayıl Hüseynovun təqdimatını cənab Prezident İlham Əliyevə edəndə öz gözünə üfürülmüşdü?



O zaman Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində nələrin olduğunu hörmətli Səfər Mehdiyev bilmirdimi? Və ümumiyyətlə hələ birinci müavin işlədiyi dövrdə DGK-nın bütün maliyyə sektoru Səfər müəllimə tabe deyildimi? – suallar açıq qalır…

Növbəti fakta diqqət edək:

Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir.

Təxminən 10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən avtomobilə 70% əlavə etdikdə təxminən 15 min manat edir. Hətta bu məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm 20 min manat olur.

Yeni rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min manat “müəyyən” edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı göstərirlər.

“Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100”.

Avtonəqliyyat Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə Rövşən adlı şəxsdir. El arasında ona “Kalkluyator Rövşən” deyirlər. Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi “ya Rövşən” deyib, lələyi yandırır.

Belə ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil sahibinə qanunların deyil, məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni 25 min manatla bağlı heç nə dəyişmir".




Paylaş:


Müəllif : Tarix:
18-06-2020, 12:10
Sikayət   


loading...
Загрузка...