reklam
Regionxeberlericom.az » Sosial » "Dəfələrlə keçmiş icra başçısı Mübariz Ağayevin qəbulunda oldum" - GİLEY

reklam

"Dəfələrlə keçmiş icra başçısı Mübariz Ağayevin qəbulunda oldum" - GİLEY

“Dişimlə-dırnağımla qazandığım pula tikdiyim tövləni, hasarı çayın suları yuyub aparıb. Buna görə dəfələrlə aidiyyətli qurumlara müraciət etmişəm. Lakin təbii fəlakətdən sonra dəyən maddi ziyanı dövlət ödəmir”. DİA.AZ bildirir ki, Göyçay şəhəri, Əli Səmədli küçəsi dalan 4, ev 6 ünvanında yaşayan Akif Həmidov şikayətçidir. O, deyir ki, sovet hakimiyyəti dövründə Göyçay çayı yaxınlığında aldığı topaq sahəsində tikdiyi tövlə və evinin hasarı uçub:

“Sovet hakimiyyəti dövründə Göyçay çayı ərazisində səkkiz sot torpaq almışdım. Getdim Rusiyada, zülmlə, əzab-əziyyətlə pul qazandım. Gəldim, üç min dolları manata çevirdim. Hasar çəkdim, tövlə tikdim, mal-heyvan saxlayırdım, birtəhər dolanırdıq. 2016-ci ildə çay dərinə düşdü, mənim on metrlik tövləm uçdu, hasarımın divarları partladı. Mişar daşlarından hörmüşdüm, yarısını çay yudu apardı, yerdə qalanını həyətə daşıdım. Həmin yer hələ də qəzalı vəziyyətdə qalıb. Sel nəticəsində üç iribuynuzlu heyvanım öldü. Üçünü də dəyər-dəyməzinə satdım. Çayın qırağında ziyan ancaq mənə dəydi. Digər evlərə heç nə olmadı”.

Şikayətçi deyir ki, Göyçay Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb:

“Bunlardan bir haray çıxmayandan sonra oğlum İbrahim Həmidov Prezident və Birinci-vitse prezidentə bir neçə dəfə məktub yazdı. Məktublardan sonra Göyçay Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlirdi, əllərində də fotoaparat. Gəlirdilər, şəkillər çəkib gedirdilər. Hər dəfə də deyirdilər ki, sizin məsələnizə baxacaqlar. Artıq 2020-ci ildir, hələ də baxmayıblar. Mənə köməklik etsinlər, divarımı çəkim, tövləmi yenidən tikim. Dəfələrlə keçmiş icra başçısı Mübariz Ağayevin qəbulunda oldum. Köməklik göstərilmədi. Daha sonra yeni təyin olunmuş icra başçısı Mehdi Səlimzadənin qəbulunda düz üç dəfə oldum. Başçının qəbuluna böyük əmimlə getmişdim. Mehdi Səlimzadə dedi ki, seyidlə gəlmisiz, köməklik edərəm. Bir ildən çox vaxt keçib, amma heç bir köməklik edən olmayıb. Deyib ki, köməklik edəcəyik. Bu köməklik dildə də qalıb. Onu da deyim ki, evimin sənədləri də qaydasındadır”.

Akif Həmidovun dediyinə görə, həmin ərazidə uçmaya səbəb çayın məcrasında uzun illər qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi olub:

“Mən bu ərazidə doğulub böyümüşəm. Göyçay çayı evdən xeyli aralı idi. Ərazidə daş karxanalar salındı, milyonlar, milyardlar qazandılar. Qazıntılar nəticəsində çay bir yerə yığıldı. Ardınca da mənim evim olan hissə dərinə düşdü və uçmağa başladı. Həmin boşluğu doldurdular, çayın mənim evim ərazisinə axan məcrasını da dəyişdilər. Hökumətdən onu istəyirəm ki, mənə dəyən maddi ziyanı aradan qaldırsın. Tövləmi tikim, hasarımı çəkim. Mal-heyvan alım. Bundan sonrakı həyatımda qocalığımı rahat yaşaya bilim”.





Paylaş:


Müəllif : Tarix:
20-06-2020, 10:24
Sikayət   


loading...
Загрузка...