reklam
Regionxeberlericom.az » Sosial » Koronavirus xəstələri ilə məcburi köçkünlər niyə eyni binada qalır? – TƏBİB və “Qaçqınkom”dan AÇIQLAMA

reklam

Koronavirus xəstələri ilə məcburi köçkünlər niyə eyni binada qalır? – TƏBİB və “Qaçqınkom”dan AÇIQLAMA

"Azərsutikinti" xəstəxanasında koronaviruslu xəstələrlə, məcburi köçkünlərin eyni binada qalması və xəstələr üçün istifadə olunan tibbi ləvazimatların açıq şəkildə yaxınlıqdakı zibil qutularına atılması barədə “Meydan TV” sujet hazırlayıb.
Sözügedən görüntülərlə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında məsələ ilə bağlı araşdırılma aparılacağını bildirdi:
“Bəli, “Azərsutikinti” xəstəxanası pandemiya xəstəxanasıdır. Orada məcburi köçkünlərin olması barədə məlumatım var, lakin eyni binada qalmaları ilə bağlı məlumatım yoxdur. Xəstələr üçün istifadə olunan tibbi ləvazimatlar xüsusi qaydada sterilizasiya olunur. Hər iki məsələ ilə bağlı araşdırılma aparılacaq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Azərsutikinti” xəstəxanasının binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri 2019-cu ildə “Qobu park 2” yaşayış kompleksinə köçürülüb:
“Köçürülmə zamanı Dövlət Komitəsində fəaliyyət göstərən Komissiya və onun nəzdindəki işçi qrupu tərəfindən araşdırma aparılıb. Nəticədə, burada müvəqqəti məskunlaşmış 15 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülməyib. Bu ailələrdən 13-ü ailə başçısı kimi, yaxud ailə tərkibində mənzillə təmin olunduğu üçün, bir ailənin statusu olmadığı, digərinin isə adına çıxarış (kupça) olduğu üçün mənzillə təmin olunmayıb.
Qeyd edilən ailələr, “Azərsutikinti” xəstəxanasında qarşılaşdıqları problemlə bağlı məcburi köçkün düşdükləri rayonun icra hakimiyyətinə müraciət edə bilərlər".

https://www.facebook.com/watch/?ref=external&v=1536951083133107



Paylaş:


Müəllif : Tarix:
22-06-2020, 11:45
Sikayət   


loading...
Загрузка...