Alimpaşa Məmmədovun oğlu da narazılıq yaradır - GİLEY
Şəmkir rayon sakini Şahmar Qurbanov "Azfarel” MMC-dən şikayətçidir. O, istehsalatda aldığı zədə nəticəsində qolunu itirdiyini və şirkətin onu protezlə təmin etmədiyini deyib. Şahmar Qurbanov deyir ki, 2017-ci ilin mayından 2018-ci ilin aprelin 2-nə qədər "Azfarel” MMC-də 1 il müqaviləsiz işləyib.
"MMC rəhbərliyi tikinti aparıldığını bəhanə edərək işçilərlə müqavilə imzalamırdı. Yalnız 2018-ci ilin aprelin 2-də bir illik əmək müqaviləsi bağlanıb. Elə həmin ilin noyabrın 19-da işdə qəza zamanı sol əlimin 90 faizi zədələnib və qeyri-işlək vəziyyətə düşüb. Bundan sonra 20 gün Gəncə 3 saylı xəstəxanasında müalicə olunmuşam”, - Şahmar Qurbanov deyib.
O bildirib ki, xəstəxanada olarkən MMC-nin direktoru Adil Məmmədov yanına gəlib və şikayət etməməsini xahiş edib. Direktor bildirib ki, təxminən 2 min manatlıq protez qoyacaqlar, şirkətdə də yüngül işlə təmin ediləcək. Amma xəstəxananı tərk edəndən sonra nə Adil Məmmədovun, nə də şirkətdə digərlərinin qəbuluna düşə bilməyib. Şahmar Qurbanov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir İdarəsinə, yerli prokurorluq və polisə şikayət etsə də, reaksiya verilmədiyini bildirib:
"Mənə açıq şəkildə deyirdilər ki, "Azfarel” MMC Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun oğlu Adil Məmmədovun obyektidir, ora girə bilmərik. Məcbur olub Heydər Əliyev Fonduna şikayət etdim, Nərgiz Paşayeva tərəfindən qəbul olundum”.
Şahmar Qurbanovun sözlərinə görə, bu görüş 2019-cu ilin ilk aylarında olub və işində dönüş bundan sonra baş verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-06-2020, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-06-2020, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
14-01-2025, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
14-01-2025, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
14-01-2025, 08:48