Deputat ona qarşı hücumların arxasında Əli Kərimlinin dayandığını deyir - QALMAQAL
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə ictimai fəal Bəxtiyar Hacıyev arasında yarım aydan çoxdur ki, davam edən qarşıdurma pik həddə çatıb. İyunun 7-də Yasamalda vətəndaşlarla polislər arasında yaşanan insidentdən sonra tərəflər arasında yaranan qalmaqal əndazəni aşıb. Hər iki tərəf bir-birinin ünvanına ən ağır söyüşlər işlədir.
İş o yerə çatıb ki, F.Mustafa B.Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bunun əsasında ictimai fəal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq dindirilib.
Partiya sədri ictimai fəalı vətən xaini olmaqda ittiham edir. Hətta onun cinsi problemini qabardaraq, hərbi xidmətə getməkdən yayındığını iddia edir.
F.Mustafa onu da iddia edir ki, ona qarşı kampaniyanın başında AXCP sədri Əli Kərimli dayanır. O, bu barədə yazır: “Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin durduğunu statusunda etiraf etdi. Xaricdən qohumları vasitəsilə əxlaqsız kampaniyaya da özünün start verdiyi şübhəsizdir. Buradakı trolları vasitəsilə də yalandan adımıza sözlər uyduraraq sosial şəbəkədə söyüş kampaniyası aparanlara qarşı ən sərt formada mübarizəmiz davam edəcək. Bizim üçün fərq etməz, kimliyindən asılı olmayaraq bu millətin haqqını qarşımıza çıxan bütün yaramazların qarşısında müdafiə edəcəyik. Hakimiyyətə müxalif olan bir qrupun əslində dövlətə qarşı düşmən münasibət sərgilədiyi göz qabağındadır. Bunlara başqa ölkələrin dini qruplarının da dəstək verdiyi üzə çıxdı. Ajiotajları fiaskoya uğrayıb. Polislər cəzalandırılandan sonra zərərçəkmişlərin özlərini qarışdırıcılıq üçün alətə çevirmələrinə yol verməməsi bunları əsəbləşdirib. Dağıstan məsələsini də dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər. İndi də koronavirusun yaratdığı çətinlikləri bəhanə edərək yeni dalğanın baş verməsini gözləyirlər. Bu cür metodlarla Azərbaycan dövlətini sarsıtmanın yolverilməz olduğunu bir daha vurğulayaraq, bu ölkənin inqilabsız, təlatümsüz demokratikləşməsi üçün çalışmalarımız davam edəcək. Əvvəlcə bu koronavirus bəlasını atladaq, intizama əməl edək, ardınca hər kəs öz siyasi davasını sivil yolla aparmağa çalışar".
Deputatın bu qalmaqalla bağlı son statusu belədir: “Səhifələrə diqqət yetirin, ayrı-ayrı fikirlərimi kontekstdən çıxarıb paylaşanlar, yaxud kampaniyanın içində yer alanlar: fərarilər, milli şuraçılar, qaragüruhçular, farsın nökərləri, sərdarlar, kəramətlər, əli əliyevlər, ağasiflər, qumlar, tozlar - daha kimlər, nələr bir-birinə lojistik dəstək verərək eyni fitin səsi ilə üzərimizə gəlmişlər. Azərbaycan şairi Xətai yaxşı demiş: ”Afərin ol başə ki, min başə bir baş oynadır". Diqqət yetirin, bu uca millətə, bu böyük xalqa təhqir sayılacaq bircə cümləmi tapıb çıxara bilmədilər. Yalandan quraşdırırlar, alınmır. Ayrı-ayrı adamlara ünvanlanan sərt və həm də təhqirlərə cavab sözlərimi o üzünə, bu üzünə çevirsələr də yenə bir şeylər tapa bilmədilər. Bilməyəcəklər də. Çünki bunların topasına bu xalqın, millətin dəyərlərindən dərs keçərəm. Məntiqdən xeyli zəifdirlər, böhtanı, şantajı öyrəniblər, onu da səviyyəli aparmağa ağılları yetərli deyil. Hər bir sözümün arxasındayam, söylədiyim hər bir fikir də ancaq millətimin faydasınadır. Karantin dövründə bəzi ifadələrim həqiqətən sərtdir, ancaq bunlar da intizamlı davranmamız üçün vacib olduğuna görə söylənmişdir.
Haqlı mövqedə olanda min dənə yararsız başı bir yerə yığıb futbol topuna çevirirsən. Dostlar möhkəm olun, bu bir milli davadır, bu küyə gedənlərə, öz dövlətinin çökməsini arzulayanlara qarşı hələ xeyli sürprizlərim olacaq".
B.Hacıyev F.Mustafanın dediklərinə “Yeni Müsavat”da bu cür cavab verdi: “Fazil Mustafanın tərbiyəsiz davranışlarını vətəndaşlar dəfələrlə görüblər. O insan Yasamaldakı hadisələrə öz etirazını bildirən böyük çoxluqdan ibarət vətəndaşları sürü adlandırmışdı. Mən də buna şərhlərin birində etiraz etdim. Fazil Mustafa isə ifadəsini yenidən təkrarladı ki, bəli, siz sürüsünüz, həm də it sürüsü. Deputatın bu cür davranışları ilə bağlı həm sosial şəbəkələrdə öz mövqeyimi ifadə etdim, həm də müxtəlif qurumlara müraciət etdim. O özünün tərbiyəsinə uyğun olaraq hədə-qorxu gəlməyə, şantaj etməyə başladı. Barəmdə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ünvanlayıb. Orada yazıb ki, Bəxtiyar Hacıyev məni adam olmaqla hədələyib. Başa düşmürəm ki, bir insan adam olmaqdan niyə bu qədər çəkinsin? Hərbi xidmətlə bağlı dedikləri, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyimlə bağlı ittihamları, hansısa sifarişləri yerinə yetirməyimlə əlaqədar söylədikləri böhtandır. Düşünürəm ki, onun çox ciddi psixoloji problemləri var. Yaxşı olardı ki, həkim müayinəsindən keçsin. Çünki ona ən yumşaq şəkildə müraciət olunanda belə başqalarının ailə üzvlərini, yaxınlarını nalayiq ifadələrlə təhqir etməkdən çəkinmir. Çox güman ki, Fazil Mustafanın uşaqlıqdan travması var. Uzun müddət bunu gizlədib. Bu gün isə büruzə verir. Bir vətəndaşın ən mədəni, yumşaq şəkildə onunla razılaşmaması nəticəsində iç üzünü açır. O, çox yanlışlıqla hər şeyi üzərimə atmağa çalışır. Onu parlamentə buraxan, buna dəstəkçi olan insanlara göstərməyə çalışır ki, sanki mübarizəsi mənimlədir. Amma sübut edə bilərəm ki, bir çox vətəndaşları təhqir edib və buna görə cavab verməlidir. Fazil Mustafa bu günə qədər deputat toxunulmazlığı arxasında gizlənib. Cəzasız qalıb, heç kim ona reaksiya verməyib. Düşünürəm ki, artıq kimsə ona cavab verməlidir. Milli Məclisin İntizam Komissiyasında bu məsələyə baxılıb, lazımi cəza mütləq verilməlidir. Onun bu cür davranışları vətəndaşlarda hakimiyyətə qarşı birbaşa qəzəb oyadır. Milli Məclisə onunla bağlı iki müraciət ünvanlamışam, biri elektron, biri də yazılı formada. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Administrasiyasına, Prezidentə, Baş Prokurorluğa müraciət etmişəm. Daxili İşlər Nazirliyinə daha geniş şəkildə müraciət hazırlanır. Məhkəməyə də müraciət edəcəyəm. Fazil Mustafanın bizdə səs yazıları var. Orada ən nalayiq ifadələrlə başqalarını təhqir etməsi yer alır. Ümid edirəm ki, bu səs yazısını yaymağa ehtiyac qalmayacaq. İfadələri ilə bağlı üzr istəyəcəyini gözləyirik. Yaxud hüquq-mühafizə orqanlarının bununla bağlı lazımi addımları atacağına ümid edirik”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39