Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlərə BAXAN YOXDUR - “Biz normal müalicə almaq istəyirik!”
Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və “Cebhe.info” saytının müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşının vəziyyəti ağırlaşıb. Bu barədə Modern.az-a M.Abdulla özü məlumat verib.
M.Abdulla qeyd edib ki, təcili yardıma xəstəxanaya yerləşdirilmələrini istədiklərini bildirsələr də, briqada onları “Atletlər kəndi”nə gətirib:
“Dünəndən burdayıq, amma hansısa müayinə aparılmayıb. Sadəcə, soruşublar ki, “şikayətiniz nədəndir?”. Bura sırf karantin şəraitidir, hansısa müayinə və müalicə aparılmır. Gecə hərarətim 39 idi, kəskin öskürək və boğulmadan əziyyət çəkmişəm. Yoldaşımın ağciyərləri kəskin pnevmoniyadır, bacım isə yüksək temperaturda halsız vəziyyətdə uzanır. Gecə xahiş edəndən sonra mənə iynə vurdular, ondan sonra hərarətim düşdü, nisbətən özümə gəldim”.
Jurnalist normal xəstəxanada müalicə olunmaq istədiklərini dilə gətirib:
“Biz buradan çıxmaq, normal müalicə almaq istəyirik. Amma bizi buradan buraxmırlar. TƏBİB rəhbərliyinə Mətbuat Şurası, bizim redaksiya rəhbərliyi səviyyəsində müraciət ünvanladıq. Bizə gəlib dedilər ki, nə lazımdırsa, olunacaq, amma narazılığınızı bildirməyin. Amma deyim ki, xüsusi müalicə və müayinə aparılır, yox”.
Onun sözlərinə görə, ailədə ilk yoluxan həyat yoldaşı olub:
“Yoldaşım gözəllik salonunda çalışır. Ona da iş yoldaşlarından keçib. Yoldaşımdan sonra mən və bacım yoluxduq. Karantin yumşaldılandan sonra bəzi iş yerləri açıldı, ona görə də yoluxma artır. Biz Ağciyər Xəstəlikləri İnstitutunda tomoqrafiya olunmuşuq. Bizə deyiblər ki, 5 nömrəli xəstəxananın həkimi Fazil müəllim bizim müalicəmizlə məşğul olacaq, amma hələ heç nə görməmişik. Nə rentgen, nə hansısa aparatla müayinə aparılıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:14
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti -FOTOLAR/VİDEO
11-11-2024, 13:05
Trampın qələbəsindən sonra ailəsini öldürüb intihar etdi - ŞOK FACİƏNİN təfərrüatları
11-11-2024, 11:35