reklam
Regionxeberlericom.az » Sosial » “AZSIĞORTA” ASC vətəndaşın pulunu vermir - GİLEY

reklam

“AZSIĞORTA” ASC vətəndaşın pulunu vermir - GİLEY


Sumqayıt sakini Ruslan Vəliyev “AZSIĞORTA” ASC-nin fəaliyyətindən şikayətçidir.

regionxeberlericom.az KONKRET.az-a istinadən xəbər verir ki, vətəndaş ünvanladığı şikayət məktubunda bildirir ki, 2019-cu il iyun ayının 9-da ağır qəza keçirib. Həmin vaxt avtomobili 1988-ci il təvəllüdlü Vəliyev Ruslan Əhmədxan oğlu özü idarə edib. Anası, 1960-cı il təvəllüdlü Vəliyeva Toyruz Barat qızı isə sərnişin qismində qəza baş verən avtomobilin içində olub.

Şikayətçinin sözlərinə görə, “Stansiya Sumqayıt” ərazisində baş verən qəza zamanı idarə etdiyi 90-KK-280 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil, 50-CZ-373 dövlət nömrəli “Mercedes Axor” maşını ilə toqquşub. Hadisə nəticəsində Ruslan Vəliyev və anası ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və bir müddət orada müalicə olunub.

Hadisəni Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Əmrah Rüstəmov araşdırıb və yekun qərar olaraq hər iki sürücünün günahkar olduğu qənaətinə gəlib.

Şikayətçi Ruslan Vəliyev deyir ki, çıxarılan qərara əsasən, ümumi dəymiş ziyanın (9 min manat) yarısı adıçəkilən sığorta şirkəti tərəfindən ödənilməli olduğu halda, bu günə qədər heç bir vəsait almayıb. Baxmayaraq ki, müstəntiqin qərarından sonra bütün lazımi sənədləri toplayaraq adıçəkilən sığorta şirkətinə təqdim edib.

Qeyd edək ki, “AZSIĞORTA” ASC müstəntiqin qərarından narazı qalaraq məhkəməyə müraciət ünvanlayıb. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyev işə baxaraq müstəntiqin qərarını qüvvədə saxlayıb. Son olaraq vətəndaşa 2020-ci ilin mart ayından ödənməli olan 4500 AZN vəsait bu günə qədər ünvanına çatmayıb.

Sığorta şirkətindən səbəb kimi isə işin hələ araşdırıldığı deyilir.

Son olaraq aprel ayının 16-da vətəndaş telefonla sığorta şirkəti ilə əlaqə saxlayıb və bundan sonra ona heç bir məlumat verilməyəcəyi deyilib.

“MediaPost” problemlə əlaqədar “AZSIĞORTA” ASC-nin qaynar xətti ilə əlaqə saxlayıb. Zəngimizə cavab verən operator xanım şikayətin müvafiq şöbə tərəfindən araşdırılacağını və cavab veriləcəyini bildirdi. Lakin üzərindən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, sözügedən sığorta şirkəti problemlə əlaqədar heç bir açıqlama vermədi. Yenidən sığorta şirkəti ilə əlaqə saxlayarkən, telefona Rövşən adlı əməkdaş cavab verdi və problemin hüquq şöbəsinə yönləndiriləcəyini, gün ərzində tam cavab veriləcəyini qeyd etdi.

Ümid edirik ki, mövcud məsələ ilə bağlı “AZSIĞORTA” ASC -nin rəhbərliyi ciddi araşdırma aparacaq və vətəndaşın şikayəti tez bir zamanda öz müsbət həllini tapacaq.


Paylaş:


Müəllif : Tarix:
24-06-2020, 16:54
Sikayət   


loading...
Загрузка...