Təcili Tibbi Yardım Xidməti böhran yaşayır - GİLEY
Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran vətəndaşlar gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərilməməsindən şikayət edirlər.
Bu dəfə də AYNA-nın redaksiyasına analoji şikayət məktubu ünvanlanıb. Şikayətçi Zülfiyyə Dadaşova bildirir ki, bir neçə gün əvvəl 9 aylıq körpəsinin temperaturu 39 dərəcəyə yüksəlib və 9 saylı uşaq poliklinikasının sahə həkimi ilə əlaqə saxlayıb: “Sahə həkimi dedi ki, “Biz qızdırmalı uşaqları nə qəbul edirik, nə də evlərinə gedirik, özünüz bir şey edin. Temperatur enməzsə, Təcili Tibbi Yardım Xidmətinə müraciət edin, gəlsinlər, uşaqdan yaxma götürsünlər, bəlkə koronavirusa yoluxub”. İki gün uşağın qızdırmasının düşməsi üçün ev şəraitində bir şeylər etməyə çalışdım. Temperatur endi, amma səhəri gün uşaq təpədən dırnağına kimi səpdi. Bu zaman Təcilli Tibii Yarıma zəng etdik. Saat 18:33-də müraciət etməyimizə baxmayaraq, 22:05-də gəlib çıxdılar. Gec gəlmək bir yana, gələn həkim dedi ki, uşaqdakı səpkilər həm qızılca səpkilərinə, həm də allergiya səpkilərinə bənzəyir. Qısası, yenə də dərdimizə çarə edən olmadı”.
Problemlə əlaqədar Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinin dispetçeri Yeddi Aslanova AYNA-ya dedi ki, hazırda çağırışların sayı çox olduğuna görə gecikmələr yaşanır: “Qızdırmalı xəsətələr olan zaman gecikmələr daha çox olur. Çünki həkimlər gedir, COVID-19 diaqnozu çıxır, onları xəstəxanaya yerləşdirmək, dezinfeksiya prosesi xeyli vaxt aparır. Hər COVID-19 diaqnozu çıxan zaman həkim məkana geri dönür, dezinfeksiya olunur və sonra yeni çağırışlara gedir. Bunların hamısı üçün zaman lazımdır. Briqadalarımızın artırılmasına baxmayaraq, xəstələrin sayı durmadan çoxalır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva da AYNA-ya açıqlamasında, çağırışların gecikməsini koronavirus yoluxmalarının artması ilə əlaqələndirib: “Hazırda gündəlik yoluxma sayının artması müşahidə edilir. Bu baxımdan, həm COVID-19 əlamətləri olan çağırışların sayı artır, həm də digər digər şikayətlərlə bağlı çağırışlar var. Onların hamısı Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən icra edilir. Çağırışların icrasında müəyyən gecikmələr yaşansa da, bütün çağırışlara briqada göndərilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 17:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:12
Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
7-11-2024, 12:30
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 12:00
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 11:36
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
6-11-2024, 12:10