AMEA-da iş saatı dəyişdirildi - Mehdiyevdən sərəncam
AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.
Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.
Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-06-2020, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-06-2020, 11:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:12
Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
7-11-2024, 12:30
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 12:00
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 11:36
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
6-11-2024, 12:10