190 manat haqqında ƏSL HƏQİQƏT - "Edirsən vay, etmirsən yenə də vay"
Konsert başladı. Bəli, bəli, məhz konsert. 190 manat verilməyə başladısa konsert də başladı. Kimisi vayner olub alacaq, kimisi layner. Kimisi həqiqi ehtiyacdan alacaq, kimisi S klassda laqeyidcəsinə “qalibiyyət” həzzini sərgiləyəcək. Kimisi öz şəxsi məlumatları ilə alacaq kimisi “məzə” üçün daxil etdiyi məlumatlarla. İstənilən halda alan da olacaq, almayan da. Razı qalan da olacaq, qalmayan da. Məhz konsert də belə yerdə başlayacaq. Sosial şəbəkələr yazacaq, pozacaq, müzakirə edəcək, günahkar axtaracaq. Ancaq qonşusunun haqq etdiyi 190 manatı almasına görə sevinən bir kəs görməyəcəyik. Bəlkə də görəcəyik, bilmirəm. Amma bu konserti 3 pərdəyə bölmək istərdim.
Peşəkar İT mütəxəssisi olmasam da, 1-ci pərdəyə vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İT şöbəsinə rəhbərlik edən bir şəxs kimi münasibət bildirəcəm. Az çox bildiklərimdən yazacam. Öncə onu deyim ki, bu elektron sistem hər kəsin bir çırtma tək asan şəkildə narazılıq ifadə edəcəyi qədər sadə deyil. Təsəvvür edin 600 min şəxsə yardım ayıracaq bir sistem bəlkə də 6 milyon insan tərəfindən yüklənməyə məruz qalır. Çünki böyük əksəriyyət (haqqı olan da olmayan da) sistemə baş vurub özünü 190 manat üzərində sahibli görmək istəyəcək. Tutar qatıq tutmaz ayran deyib barmaqlarını klaviatura üzərində işə salacaq.
Ancaq bədbəxt sistemi düşünən və “anan ölsün, nələr çəkirsən” deyən olmayacaq. Təbii haqqınızdır. Sistem varsa, hər kəsin ondan istifadə etmək hüququ var. Ancaq doğrudanmı hər kəsin? Məsələn, vaynerlər və ya laynerlər bu sistemə hücum edib vicdandan kənar hisslərlə onu yükləyəndə vicdan hüquqları onlara bir söz dedimi? Əsla demədi. Əllərini klaviaturaya uzatmazdan öncə o 190 manata ehtiyacı olan həqiqi acı düşündülərmi? Yaxşı, bu dilsiz ağızsız binəva sistemin ixtiyarı özündə olmayan qapıları açıqdırsa, “Bəs mənim mərifətimə nə gəlib” sualını özünə verən oldumu? (söhbət imknaı olub 190 manata göz dikənlərdən gedir). Axı limit dolduqda, sistemin qapıları qeyri-ixtiyari hər kəsin üzünə bağlanır. Hətta bir atanın və ya dul qalan ananın ac körpəsinin gözündən və üzündən axan yaşları da nəzərə almır, bu qəddar sistem. Heç bir mərhəmət göstərmir. Düz də edir. Deyir, siz şüurlu olduğunuz halda mərhəmətli olub kasıbların haqqını gözləmirsizsə, bəs mən bu şüursuz beynimlə niyə də mərhəmətli olum? Heç olmaya, 190 manatı almaq üçün mənəvi haqqınızdan uzaq bir hüququnuz yaransa da, onu həqiqi haqq sahiblərinə çatdırmaqda bir vasitəçi olun. Yeməyin, xərcləməyin. Sanki ağır bir döyüşdə qalib gəlmiş kimi davranıb sinənizə döyməyin. Öyünməyin. Lütfən, əlinizi vicdanınıza qoyun və pulu sahibinə çatdırın. (Çatdıran da olub) İmkanlı şəxslər 190 manatdan ötrü əllərini klaviaturaya uzadanda tövsiyyə edərdim, öncə vicdanlarıyla söhbət etsinlər. Baxsınlar, icazə verir, ya yox. Əgər icazə versə, demək vicdanlarının belə, vicdanı yoxdur.
İndi də gəlin, sistemin işləmə mexanizmini el dili ilə çox qısa şəkildə tərif edək. Nazirliyi müdafiə kampaniyası qurmuram. Sadəcə bəzi həqiqətlər bəlli olsun deyə ədalət naminə yazıram ki, evimizi yıxan dedi-qodular nisbətən azalsın. Əgər azalsa. Bu iş sırf İT şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilir. Yuxarı-aşağı 10-15 işçi tərəfindən. Proqram yazılır, test olunur və istismara buraxılır. Mütəxəssislər yaxşı bilir ki, istənilən bir proqramın yazılması ilə istismara buraxılması arasında 3 aydan tutmuş 3 ilə qədər zaman gedir. Amma 190 manatın ödənilməsi ilə bağlı sərəncam çıxan kimi çox qısa bir müddətdə icra prosesi başladı. Mən əminəm ki, dediyimiz 10-15 mütəxəssis gecə gündüz yatmadan bu işi ərəsəyə gətirib. Gözünüzün önündə bir məlumat hovuz canlandırın. Bu hovuza müxtəlif qurumlara məxsus dəliklərdən məlumatlar axır. Hovuzda o qurumların məlumatlarını emal edib bir-birilə uzlaşdıran bir dəzgah işləyir. Qurumlardan gələn məlumatlarda uyğunsuzluq olduqda isə uzlaşma getmir və dəzgah geri ötürmə edir. Bu prosesdə ƏƏSMN-nin sistemi həmin dəzgah rolunu oynayır. Digər qurumlardan gələn məlumatlara heç cür cavabdehlik daşıya bilməz. Ona görə bəzi şəxslər hətta belə bir məsələdə də yalnız ƏƏSMN günahkar çıxarır ki, bu da məntiqli görünmür.
2-ci pərdəyə vaxtilə ƏƏSMN-də mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan biri kimi münasibət bildirəcəm. Əgər kəm-kəsirlərin əksəriyyəti digər qurumlardan gələn məlumatdadırsa mətbuat xidmətinin rəhbəri bir sözçü olaraq hansı icra funksiyasını yerinə yetirə bilər? Mətbuata aşıqlama verirsən vay vermirsən vay. Çoxları öz komfortundan dolayı primitiv ittihamlar irəli sürür ki, bu da ədalətsiz bir münasibət ortaya çıxarmış olur.
3-cü pərdəyə vaxtilə sözügedən nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsində çalışmış biri kimi fikir bildirəcəm. Rəhbər ilk növbədə peşəkar kadrların seçilməsi və onlaırn hazırlanması qayğısına qalmalıdır. Hər şeydən əvvəl isə yaxşı təşkilatçılıq vərdişlərinə sahib olmalıdır. Bir çox aspektlərdən baxsaq bu məsələlər təminatlı görünür. Əfsuslar olsun ki, insan xislətinin baltalamaq kimi “gözəl” xüsusiyyəti var. Nə təklifdə nə təşkildə buluna bilməyən bəzi insanlar “cəfa görməyim səfa görüm” amacıyla haqsız iddialı olduğu və əldə edə bilmədiyi maddiyata görə kənar insanlarda mütləq nöqsan axtarır. (inanın ki, belələri yetərincə var) Hardasa kimdəsə nazirliyin nəzarət funksiyasına aid bir sahədə sosial problem yaranırsa dərhal naziri hədəf götürüb tənqid atəşinə tutur. Əcəba, nə işdir? Noolub Sizə? Şəxsi ambisiyalardan doğan problemi niyə ümumi kontekstdə haray-həşirə salırsız? Nazirin müdafiəçisi kimi çıxış etmirəm. Xahiş edirəm yanlış anlamayın.
Dərinə gedəndə mənim də cənab nazirdən qəlbən incidiyim məsələ var. Nə zamansa qismət olar, üz-üzə gələrəm, özünə deyərəm. Gəlmərəmsə, özümdə də qalar. Amma bu hisslərin işgüzar müstəviyə hakim kəsilməsinə və görülən əsaslı işlərə kölgə salmasına yönəlik fikirlər səsləndirməsinə yol verə bilmərəm. Ən azından xatırlayıram ki, nazirin əsaslandırmasıyla pandemiya dövründə 250 min nəfərlik yardım alma limiti 600 min nəfərədək artırıldı. Həmçinin bu yardımın bir başa və tez bir şəkildə ünvanına çatdırılması üçün təcili tədbirlərin həyata keçirilməsinə göstəriş verildi. Bəzi sistem uyğunsuzluqlarını nəzərə almasaq, hər şey qaydasında getdi. Maraqlıdır ki, 190 manatı aldığını sosial şəbəkədə car çəkən şəxslər nəinki şükürlü görünürdülər, hətta almadıqları üçün naziri və ətrafını tənqid atəşinə tutan bəzilərini açıq-aşkar dəstəkləyirdilər. Əcəba, qəribə paradoksdur. Edirsən vay, etmirsən yenə də vay. Bəs necə işləyəsən? Məncə, növbəti konsertə başlamazdan əvvəl özümüzə tənqidi prizmadan baxmalıyıq. Haqqımızın nəyə çatıb-çatmadığına layiqincə qiymət verməliyik. Bu isə cəsarət tələb edir. Ələxsus pul olan yerdə.
Elnur Camalxanov
Paylaş:
Müəllif : Yazar
Tarix:25-06-2020, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-06-2020, 12:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25